Hadisə / Manşet
11.03.2021, 10:29
Gəncədə fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb
Gəncə şəhərində 25 yaşlı kişi hündürlükdən yıxılaraq xəsarət alıb.
"Kanal1.az"ın məlumatına görə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Qürbət Bayramov şəhərdəki ticarət mərkəzlərindən birinin ərazisində aparılan təmir-bərpa işləri zamanı hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
O, beyin sümüyünün açıq sınığı, kəllə-beyin qansızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay