Hadisə / Manşet
5.03.2021, 01:18
Sumqayıtda avtomobil 30 yaşlı piyadanı vurdu
Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Kanal1.az"ın məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində qeydə alınıb.
Koroğlu prospektində 1991-ci il təvəllüdlü İskəndər Qasımov yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay