Gəncə şəhərində daha bir həkim dünyasını dəyişib. "Kanal1.az"ın verdiyi məlumata görə, professor, uroloq-cərrah Yunis Nəbiyev ürək tutmasından vəfat edib. Mərhum uzun illər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında uroloq-cərrah kimi çalışıb və tanınan həkimlərdən biri olub.