Hadisə / Manşet
14.03.2021, 11:50
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin əməkdaşı 1980-ci il təvəllüdlü Rövşən Daşdəmir oğlu Abdullayev yol qəzasında dünyasını dəyişib.
"Kanal1.az"ın verdiyi məlumata görə, dünən şəhərin Əziz Əliyev prospektində baş verən qəza zamanı ağır xəsarət alan şəxs bu gün səhər saatlarında ölüb.
Məlumat üçün bildirək ki, R.Abdullayev Gəncə Avtomobil Zavodu İ.B-də satış şöbəsinin əməkdaşı olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay