“Məşğulluq Mərkəzində deyirlər, iki ay döyüşüb bizi boğaza yığmısız”

"Kanal1.az"
“İki azyaşlı övladım var. O boyda ermənini dizi üstə qoyub, gəlib balalarımın qarşısında, onların qarnını doyura bilmədiyim üçün xəcalətdən ikiqat qalmışam. İş istəyirəm, iş yoxdur, ünvanlı sosial yardım yoxdur, ailəmin heç bir maddi gəliri yoxdur. Kommunal xərcləri, dərmanı, geyimi qoyuram bir kənara, mən bir ata olaraq balalarıma gündəlik yavan çörəyi də tapıb yedizdirə bilmirəm”.

Mingəçevir sakini olan Elçin Paşazadə İkinci Qarabağ Müharibəsindən qayıdandan sonra özünə iş tapa bilmir. O, Meydan TV-yə danışır ki, ötən ilin dekabrında evə qayıdandan sonra iş üçün dəfələrlə Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə və icra hakimiyyətinə müraciət edib. Ancaq hələ də özünə münasib iş təklifi almayıb. “Hələ müharibə başlamamışdan bir müddət əvvəl Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə işaxtaran kimi müraciət etmişdim. Axtardığım iş də Yaşıllıq İdarəsində, ya icra hakimiyyətində, ya Kommunal İdarədə fəhlə işidir ki, balalarımı dolandırım. Onda heç olmasa dərdimi dinləyən olmuşdu. Müharibədən qayıdandan sonra yenə həmin mərkəzə üz tutdum, qazi, veteran görəndə üz-gözlərini turşudurlar, elə bil ki, bunlara əlavə yük olmuşuq... İnanın ki, bu dəfə məni heç qapıdan içəri buraxmaq istəmirdilər, mızıldanırlar ki, müharibədən qayıdanların əlindən bezmişik, iki ay döyüşüblər, baş-beynimizi aparıblar”.

Elçin Paşazadə 17 oktyabr 2020-ci il tarixdə könüllü döyüşçü kimi İkinci Qarabağ Müharibəsinə qatılıb. N saylı Hərbi Hissənin tərkibində Cəbrayıl, Xocavənd və Laçın istiqamətində döyüşlərdə iştirak edib. Dekabrın 21-də tərxis olunub. İşaxtaran kimi müraciətinin boşa çıxmasından sonra qərara gəlib ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısından iş üçün kömək istəsin.

“Bir neçə gün əvvəl düşündüm ki, vətəndaşın dərdini dinləmək üçün prezident Mingəçevirə o boyda başçı təyin edib. Gedim, bəlkə o bir çarə elədi. Üz tutdum icra hakimiyyətinə, başçının qəbuluna düşdüm. Başçının mənə elə cavab verdi ki, bir anlıq onun özünün işsizlikdən əziyyət çəkdiyini, maddi ehtiyac, sosial problemlər içində itib-batdığını düşündüm. Maraqlıdır ki, mənə təxminən “Mingəçevirdə kimə iş tapıldı ki, sənə tapılmadı” kimi cavab verən başçı hesabatlarda Mingəçevirdəki işsizliyin xeyli aradan qaldığıldığını, yeni iş yerlərinin açıldığını, əhalinin böyük hissəsinin işlə təmin olunduğunu deyir”.

Elçin Paşazadə “iş tapmadıqca, batıram”, deyir... Ailəsini gündəlik çörəklə də təmin etməməsi onu məyus edir.

“Qayıdıram yenə öz dərdimə... Ailəliyəm, azyaşlı iki övladım var. Ailəmin heç bir maddi gəliri yoxdur. Kommunal xərcləri, dərmanı, geyimi qoyuram bir kənara, mən bir ata olaraq balalarıma gündəlik yavan çörəyi də tapıb yedirdə bilmirəm”, - şikayətçi deyir.

Keçmiş döyüşçü Prezident İlham Əliyevə də müraciət edib. Ona “ölkədə toxun acdan xəbəri yoxdur, cənab prezident”, deyə yazıb. Kömək istəyib, “özünüz də atasız, övladlarınıza qayğı göstərirsiz. Və yəqin ki, bir ata kimi məni yaxşı anlayırsız”, - yazıb. İşlə təmin olunması üçün yaşadığı Mingəçevir şəhəri üzrə Məşğulluq Mərkəzinə və icra hakimiyyətinə göstəriş verilməsini istəyib və prezidentin bu məsələdə ona yardımçı olacağına ümid bəslədiyini vurğulayıb.

Mingəçevir Şəhər Məşğulluq Mərkəzindən müharibə iştirakçısının gileylərinə münasibət öyrənmək mümkün olmayıb. Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, icra başçısı İlham İsmayılov İkinci Qarabağ Müharibəsi müharibə iştirakçılarına xüsusi diqqət göstərir, yaralı qaziləri dəfələrlə ziyarət edib: “Müxtəlif problemləri olan qaziləri qəbul edir, problemlərini dinləyir və qurumun imkanları daxilində onlardan köməyini əsirgəmir”.
Fotonu təqdim edirik:

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər