Gəncənin icra başçısı axtarılır-Milyonlar isə…-VİDEO+FOTO

Gəncə şəhərində dövlətin milyonları ya göyə sovrulur, ya da şəhərin rəhbər şəxslərinin cibinə gedir…
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəllər hər həftə vətəndaşlarla onlayın görüşüb, təklif və problemləri dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verirdi(?). Ancaq son bir ayda nələrsə baş verir…Sanki bütün bu addımlar kampaniya xarakterli imiş…

"Kanal1.az"ın məlumatına görə, sözdə sürətlə inkişaf edən Gəncə şəhərinin Məmmədtağı Cəfərov küçəsinin bir qrup sakini Dunyaninsesi.az saytının redaksiyasına şikayət məktubu ünvanlayıb. Şikayətçilər qeyd edirlər ki, yaşadıqları ərazi kanalizasiya sullarına qərq olmaqla yanaşı, həm də zibil poliqonuna çevirilib. Hələ bu azmış kimi ağası Ağalar olan “Azəraqrartikinti”ASC tərəfində küçəyə yenicə çəkmiş yol çöküb, kanalizasiya xəttləri isə dağılıb. Hazırda sözügedən ərazidə baxımsızlıq ücbatından ekoloji fəlakət yaşanır.

Gəncənin icra başçısı axtarılır-Milyonlar isə…-VİDEO+FOTO

Yaşayış massivindəki zibil və digər tullantıların təmizlənməsinə məsul olan Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi İlham Quliyev də elə icra başçısı Niyazi Bayramov kimi sanki bir anda yoxa çıxıb. Küçə sakinləri isə günün günorta çağı əllərində çıraq şəhərin rəhbər şəxslərini axtarırlar. Hələ ki,gördüm deyən olmayıb.

Görünüən odur ki, güllələnən sabiq icra başçısı Elmar Vəliyevlə indiki Niyazi Bayramovun sakinlərin problemlərinin həllinə olan münasibətlərinin mahiyyət etibarı ilə heç bir fərqi yoxdur. Niyazi Bayramov və onun ətrafında formalaşıdrdığı komanda kiməsə o qədər arxayınlaşıblar ki, hətta Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini unudaraq, zidd davranışlardan belə çəkinmirlər.

Gəncənin icra başçısı axtarılır-Milyonlar isə…-VİDEO+FOTO

Mövcud problemlərin fonunda bir məqam xüsusi ilə diqqətdən qaçmamalıdır. Necə olur ki,hər il cənab Prezident Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə milyonlarla manat vəsait ayırır,amma dəyişən heç nə yoxdur. Ən azı 10 ildir ki, Avropa şəhərlərinin həsəd apardığı Gəncənin tozlu, palçıqlı, çala-çuxurlu küçələri düzəlmir ki,düzəlmir. 4-5 mərkəzi prospekt və küçəni çıxma şərti ilə…

Bir sözlə, Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, küçələrin əsaslı təmiri , işıqlandırma sistemlərinin yenilənməsi, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan müxtəlif təyinatlı texnikaların alınması üçün milyonlarla manat vəsaitlər ayrılsa da, şəhər zibil əlindən batıb gedir.


Bu zaman sual yaranır. Görəsən, Gəncənin abadlaşmasına ayırılan milyonlarla vəsait necə xərclənib ki, şəhərin mərkəzi yolları, eləcə də yerli əhmiyyətli infrstuktur sahələri məhv olumaqdadır?

Yoxsa, kefkomluğu ilə Mingəçevirdə və Gəncədə ad çıxarmış istirahət həvəskarı olan icra başçısı Niyazi Bayramovun bu biabırçılıqlardan xəbəri yoxdur?

Niyə məsul şəxslər adı qalmaqallarda hallanan “Azəraqrartikinti” ASC-nin çəkdiyi yol və kanalizasiya xəttlərinin keyfiyyətsizliyinə göz yumublar?

Bəlkə oliqarx deputat Ağalar Vəliyevlə əlbir olub pulları təbir ilə ovlamısınız?
Əgər bütün bu sadalananlar yoxdursa, niyə Məmmədtağı Cəfərov kücəsində yol çökməli və ərazi zibil poliqonuna, infeksiya mənbəyinə çevrilməlidir?

…Suallar çox, cavablar yox…Amma məmurlar və məmurcuqlar bilməlidir ki, onlar yaxın zaman kəsiyində bütün suallara cavab verəcəklər. Elə Gəncəni inkişaf adı altında qazmalar şəhərinə çevirən icra başçısı Niyazi Bayramov da…

Məmmədtağı Cəfərov küçəsinin sakinləri inanır və ümid edirlər ki, onların səsini lap yuxarılarda eşidən olacaq…Ən azından həmşəhərliləri olan Hikmət Hacıyev də…

Redaksiya olaraq qeyd edək ki, mövcud vəziyyətlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin mətbutla “işləyən” “böyük adamı” Həsən müəllimə ulaşmaq cəhdimiz isə nəticəsiz qaldı. Buna baxmayaraq yazıda adıkeçən qurumların mövqeyini dərc etməyə hazırıq.

Hovuzda üzmək həvəskarı olan, sahibkarlar arasında “yumuşaq tikan” adlandırılan İcra başçısı Niyazi Bayramovun Mingəçevir və Gəncə macəraları haqqında daha maraqlı və qanun pozuntularının yer aldığı geniş materialı növbəti saylarımızda dərc edəcəyik…

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər