Yevlaxın icra başçısnın müavini Elnarə Əzizova xadimə işləmək istəyən xanıma: “Erməniyə iş verərəm, sənə vermərəm”

Son illər tez-tez icra hakimiyyətlərində korrupsiya halları aşkarlanır. Bir neçə icra başçıları da həbs olunub. Məlum olan odur ki, bu həbslər hələ də çoxlarına dərs olmayıb. Özbaşnalıqlar haqda məlumatlar davam edir, icra hakimiyyətlərində çalışan məmurların çoxu heç kimə məhəl qoymur.

“Hər işin öz qiyməti var, erməniyə iş verərəm sənə vermərəm”

Azerbaycanrealligi.com xəbər verir ki, bu dəfə Yevlax İcra Hakimiyyətindən şikayət daxil olub. Belə ki, rayon sakini Nuranə Mustafayeva bildirib ki, bir neçə müddətdir bağçada xadimə işləmək üçün müraciət etsə də, onu kömək olunmayıb, İcra başçısının müavini və digər işçilər onu təhqir ediblər:

Yevlaxın icra başçısnın müavini Elnarə Əzizova xadimə işləmək istəyən xanıma: “Erməniyə iş verərəm, sənə vermərəm”


Nuranə Mustafayeva

“Bir neçə ildir ki, işsiz olduğum üçün Yevlax Rayon İcra Hakimiyyətinə bağçada xadiməlik üçün müraciət etmişəm. 2015-сi ildən etibarən icraya təkrar müraciət edib, mənə kömək etmələri üçün xahiş etdim. Hər dəfə zəng etdikdə müxtəlif variantlarla aldadıblar məni. Hansısa bağçada xadimə yeri boş olanda onlara xatırladıb, yadlarına salırdım. Amma başqasını götürüblər, mənə qarşı haqsızlıq olunur. 2015-ci ildə icra hakimiyyətinə müraciət etdikdə, bildirdilər ki, məşğulluq idarəsinə müraciət edim.

Məşğulluq İdarəsinə müraciət etdim. İdarədən bildirdilər ki, icra hakimiyyəti vakansiyaları bizə göndərmir, işçiləri özləri götürür. Əlacsız qalıb atamla birgə təkrar İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri, icranın birinci müavini Elnarə Əzizovanın qəbulunda oldum. E .Əzizovz iş müqabilində atamdan 2000 manat pul istədi. Atam 500 manata gücümüzün çatdığını bildirdi. E. Əzizova isə hər işin öz qiyməti var, biz şirinlik istəmirik söylədi. Bizim qohumumuz çalışan bir bağçada xadimə rəhmətə getmişdi, boş yer olduğu üçün yenə müraciət etdim. Bu müraciət zamanı Elnarə xanım daha əsəbi halda yenə də pul məsələsini xatırlatdı.

Yevlaxın icra başçısnın müavini Elnarə Əzizova xadimə işləmək istəyən xanıma: “Erməniyə iş verərəm, sənə vermərəm”


Dedim imkansız adamam, buna imkanım çatmır. Bunu deyəndən sonra E. Əzizova bildirdi ki, püşkatma olacaq və sənə də bildirəcəm. Mən də deyilən vaxtı getdim. İcranın qarşısında polis məni qarşılayıb daxil olmama icazə vermədi. Gülərək püşkatmanın artıq bitdiyini, işçinin götürüldüyünü bildirdi. Mən də Elnarə xanıma bunu xatırlatmaq üçün zəng etdim, o, qışqıraraq kimi götürəcəyini özü bildiyini, erməniyə iş verərəm, amma sənə iş vermərəm deyə məni təhqir elədi. Sənə demişəm ki, bu işin qiyməti var, məni bir də narahat etmə deyib telefonu söndürdü. Əlim hər yerdən üzüldüyü üçün İcra Hakimiyyətinə yenə yaxınlaşdım. Məni aparıcı məsləhətçi Ramin Qələndərova yönləndirdilər. O da bu məsələnin araşdırılacağını bildirdi. Həmin müddətdən xeyli vaxt keçsə də mənə kömək olunmayıb. Mən yalan danışmıram. Səsim Prezidentə çatsın. Prezident Yevlaxa gələcək. Polislər menə həbs etsə də imkan tapıb Prezidentə müraciətimi edəcəm”.

“Püşk atılıb, işçi götürülüb, bağçada yer yoxdur”

Yevlaxın icra başçısnın müavini Elnarə Əzizova xadimə işləmək istəyən xanıma: “Erməniyə iş verərəm, sənə vermərəm”


Məsələ ilə bağlı Yevlax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Baş məsləhətşi Nərmin Fərzəliyeva bildirdi ki, bəli, püşkatma olub:

“Onun vasitəsi ilə işəgötürülmə olub. Hal-hazırda heç bir bağçada xadimə yeri yoxdur. O qədər müraciətlər daxil olub, hamısını işəyerləşdirmək mümkün olmur”.

“Xanım 2000 rüşvət məsələsini qaldırır ki, marağ cəlb etsin”

Yevlax şəhər İcra Hakimiyyəti İnformasiya təminatı və təhlili sektorundan saytımıza bildirildi ki, bu xanım qəbulda dəfələrlə olub, ona rəsmi cavab da verilib:

“Vakansiyanın olmamağı ilə bağlı rəsmi cavab verilib. Kimisə işdən çıxarıb onu işə qoymaq olmaz axı. O 2000 manat rüşvətin istənilməsi ilə bağlı fikirlər səsləndirib. Xanım şər-böhtan atır. Heç bir qəbulda da sizə dediyi məsələni deməyib. Sadəcə o bağçada çalışmaq istəyir. Doğrudur, iş üçün müraciət edənlər olur. Onlar da bu kimi vəzifələrdə püşkatma ilə işə alınır. Vətndaşlar dəvət olunur, püşk atılır. Xanım 2000 rüşvət məsələsini qaldırır ki, marağ cəlb etsin”.

Yevlaxın icra başçısnın müavini Elnarə Əzizova xadimə işləmək istəyən xanıma: “Erməniyə iş verərəm, sənə vermərəm”


Anar Tağıyev

Anar Tağıyev, Yevlaxın İcra başçısı

Uşaq baxçaları, xəstəxanalar, təhsil müəsisələrnə xadimə, kuryer və sair vəzifələrə Yevlax İcra Hakimiyyətinin işçi götürmək səlahiyyəti varmı? Xadiməni işə həmin müəssisələrin özləri qəbul etməsinə kim mane olur? Püçkatma ilə işə qəbul səlahiyyətini Yevlax İcra Hakimiyyətinə kim verib? Bu kimi püşkatama ilə işəgötürmə hüquqi baxımdan qanunidirmi?

“İşçini loteriya və ya püşkatma yolu ilə götürmək qadağandır”

Əmək Hüquqları üzrə tanınmış ekspert, hüquqşünas Azər Quliyev dedi ki, işəqəbul etmək, əmək müqaviləsi bağlama səlahiyyətili işəgötürənlə vətəndaş arasında olur:

“Bu özəl və dövlət müəsisələrində də eynidir. Əgər boş ştat varsa, o zaman işə qəbul imtahan və müsahibə yolu ilə qəbul olunur. Bu zaman imtahandan yüksək bal toplamış şəxs işə qəbul olunur. Amma işçini loteriya və ya püşkatma yolu ilə götürmək qadağandır. Fikirləşirəm ki, bu birbaşa qanun pozuntusudur. Məsələn, işə kim götürməlidir? Əlbəttə yüksək zəkaya sahib olan adam cəlb oluna bilər. Xanım deyir ki, icraya müraciət etmişəm. Əslində o məşğulluq xidmətində növbəyə durmalıdır. İdarədə vakansiya olanda göndərir. Kim harada işəgötürülürsə ora ilə müqavilə bağlanır”.

Hüquqşünas qeyd edib ki, son dövrlərdə bir çox idarələr hamısı hüquqi şəxsdir: “Təhsil Nazirliyinin tərkibində olan məktəblrin hamısı əvvəllər hüquqi şəxs idi. Hüquqi şəxs olduğuna görə, məktəb direktoru işçini özü işə qəbul edirdi. İndi isə məncə məktəblər də hüquqi şəxs deyil. O halda onları Təhsil Şöbəsi idarə edir. Amma aşağı vəzifələri, elə tutaq ki, xadimə vəzifəsinə işçini məktəb direktoru götürür. Praktikada kuryer, xadimələri elə müdirlər özləri işə götürür”.

Xatırladaq ki, başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Yevlax Rayonu İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin yaxın qohumudur. Anar Tağıyevsə, Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.

Bir müddət əvvəl Yevlax Rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevin külli miqdarda pulunun oğurlanması ilə bağlı mətbuatda materiallar öz əksini tapıb. Qeyd edilirdi ki, başçının köməkçisinin otağından 50 min manat pulun Memarlıq şöbəsinin mütəxəssisi Elnur Məmədovun oğurlayıb və günahını etiraf edib.

Maraqlı orasıdır ki, adətən son vaxtlar bu qədər məbləği icra hakimiyyətlərindən DTX əməkdaşları tapırlar.

Son xəbərlər

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır

Prokurorluq da valideynlik hüququndan məhrum edə biləcək

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Paşinyan Qarabağla bağlı həmişə bizdən xahiş edirdi ki... - Moskva sirləri açdı

Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

Bütün xəbərlər