Gəncə Dəmir Yolu Xəstəxanasının cərrahiyyə şöbəsində anarxiya baş alıb gedir-FOTO

Son illər ölkəmizdə həyata keçirilən islahatlarla bərabər, korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri də, sanki hər kəs tərəfindən rəğbət hissi ilə qarşılanmaqdadır.

Adicə bir faktı qeyd edək ki, illər öncə Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən məlum iqtisadi müşavirədə cənab İlham Əliyev qeyd etmişdi ki, “İslahatlara alternativ yoxdur, kim bu yolun yolçusudursa, əlbətdə işləyəcək, amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbətdə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik...”

Görünür cənab Prezidentin belə bir çıxışına, indiyə kimi keçirilən çoxsaylı tədbirlərdə verdiyi tapşırıqlarına Gəncə şəhəri, Abbas Səhhət-21 ünvanında fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin tabeliyində olan Gəncə Dəmir Yolu Xəstəxanasının cərrahiyyə şöbəsinə müdirlik edən Elxan Edilxanov, hələ də əhəmiyyət vermək fikirində deyil. Əgər bu şəxs verilmiş tapşırıqlara əməl etmək fikirində olsaydı, o halda o, Gəncə Dəmir Yolu Xəstəxanasına üz tutan xəstələrdən rüşvət tələb etməkdən çəkinərdi. Şəhər sakinləri arasında dolaşan söz-söhbətlərə görə, Elxan Edilxanov rəhbərlik etdiyi cərrahiyyə şöbəsini, bir növ əski sovet dönəmindəki “kolxoz bazarları”na oxşadıb. Belə bir səbəb üzündəndir ki, bir çox media qurumlarında yayımlanan tənqidi materiallarda cərrahiyyə şöbəsində müşahidə olunan çeşidli qanun pozuntularından bəhs olunur.

Bu xüsusda Elxan Edilxanovun rəhbərlik etdiyi şöbədə yaşananlarla bağlı müxtəlif mənbələr tərəfindən çatdırılan məlumatlar fərqli olsa da, mahiyyət etibarilə onların hamısı qeyd olunan şöbədə tüğyan edən rüşvətxorluq və korrupsiya hallarına dəlalət edir. İddialara görə, Gəncənin dəmiryolu sahəsində çalışan şəxslər də cərrahiyyə şöbəsinə üz tutarlarsa, o halda onlar da şöbə müdirinin “daxili qanunları”na əməl etməli olurlar. Elə ki, kim “cızığından çıxır”, həmin vaxt həmin şəxsə “həyatın gerçəklikləri” başa salınır, yeri gəldikdə həmin şəxsə “buyurun, yol sizindir, gedə bilərsiniz” də deyilir.

Bir sözlə, Gəncə Dəmir Yolu Xəstəxanasının cərrahiyyə şöbəsində yaşanan birabırçılıqlar “ildırım sürəti”ilə şəhər ərazisinə yayıldığından, baş verənlər bu gün bölgədə daha çox müzakirə olunan mövzuya çevrilib. Yəni, şəhər sakinləri içərisində uşaqdan tutmuş böyüyə qədər hər kəs, cərrahiyyə şöbəsinə müdirlik edən Elxan Edilxanovun “nataraz qanunları” haqda az-çox məlumatlara malikdirlər.

Düşündürücü halın varlığı ondan ibarətdir ki, bu səhiyyə müəssisəsinə giriş pulludur. Yəni, hazırda Gəncə Dəmir Yolu Xəstəxanasında tətbiq olunan bir çox “daxili qanunlar” var ki, onlardan biri də, məhz giriş haqqı olaraq hər kəsdən 10 manat “rüsum haqqı”nın tələb olunmasıdır. Hətta, belə bir tələblə bağlı “giriş 10 manatdır” deyə, divara elan da yapşdırılıb. O halda sual oluna bilər ki, bu səhiyyə ocağı dövlət müəssisəsi olduğu halda, hansı əsasla belə bir qaydalar tətbiq olunur?

Bundan əlavə, əldə etdiyimiz müəyyən məlumatlara görə bu xəstəxananın əksər şöbələrində əsasən də doğum bulkonun istilik sistemi yox səviyyəsindədir. Xüsusiylə də doğum blokunda istilik sisteminin olmaması xəstəxanaya üz tutan hamilə qadınların və doğulan körpələrin həyatını və sağlamlığını böyük təhlükə altına atır. Ona görə də Gəncə Dəmir Yolu Xəstəxanasında müayinə və müalicə olunan, yaxud da hansısa cərrahi əməliyyatlar həyata keçirilən bu və digər problemlərlə üz-üzə qalan xəstələrin “ah-naləsi”, sanki yaxın-uzaq məsafələrdən də eşidilir.Qış fəslinin olması səbəbindən havaların soyuq keçməsi, bu gün də rəhbər şəxsləri “qış yuxusu”ndan oyatmır.
Bütün bunlar da onu təsdiq edir ki, bu səhiyyə müəssisəsində səlahiyyət sahibi olanları insanların taleyi deyil, məhz daha çox qazanc əldə etmək düşündürür.

Bir media qurumu olaraq adı çəkilən bu səhiyyə müəssisəsində, daha çox cərrahiyyə şöbəsində yaşanan biabırçılıqlarla bağlı, qarşı tərəfin mövqeyini öyrənmək qərarına gəldik. Bu məqsədlə adı çəkilən şöbədə olduq, o halda Elxan Edilxanov bizi yarım saatdan çox müddət ərzində gözlətdikdən sonra “Gəlin görüm siz nə istəyirsiniz, sizi nə maraqlandırır” desə də, o, xidməti vəsiqəmizə olduqca “xor baxdı”.

Bir qədər vaxt keçdikdən sonra isə şöbə müdiri Kanal1.Az saytından və Regiontv.info internet televiziyasından olduğumuzu bildikdə, heç cür əsəbini cilovlaya bilmədi. Yəni, bu şəxs bizi maraqlandıran suallara cavab vermək, ictimaiyyət arasında yayılan söz-söhbətlərə aydınlıq gətirmək və digər addımlarını atmaq əvəzinə elə bir ab-hava yatatdı ki, biz səhiyyə müəssisəsini tərk etməyə məcbur olduq. Bu da onu söyləməyə əsas verir ki, Gəncə Dəmir Yolu Xəstəxanasında, ələlxüsus bu səhiyyə ocağının cərrahiyyə şöbəsində yaşananlarla bağlı dolaşan söz-söhbətlər həqiqətdirimi? Səndemə Elxan Edilxanovun bu cür davranış qaydalarının arxasında, məhz bir çox “gizli müəmmalar” dururmuş. Yəni, bəzi çevrələrdən belə bir məlumatlar da eşitmişik ki, bu şəxs orda-burda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və QSC-nin Həkim-Sanitar Xidmətininin rəisi Adil Şükürov mənim “arxa-dayağımdır” deməkdən də çəkinmir. Bu cür məlumatları əldə etdikcə çox götürqoy edirsən ki, deməli Elxan Edilxanovun hər cür “əndazəni aşmasının” kökündə, məhz belə bir faktorun varlığı əsas rol oynayır.

Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olur ki, Gəncə Dəmir Yolu Xəstəxanasının cərrahiyyə şöbəsinə rəhbərlik edən bu şəxsin hər cür “əndazəni aşması”nın kökündə, Elxan Edilxanovun ölkə qanunlarına gözucu baxmasıdır. Deməli, əgər bu şöbə müdiri media nümayəndələrinə qarşı belə bir davranış qaydalarını nümayiş etdirirsə, o halda vay sadə sakinləri, ələlxüsus “yol-iz bilməyənlər”in halına!

İddialara görə, cərrahiyyə şöbəsində əməliyyatlar həyata keçirilən zaman çeşidli maxinasiyalara yol verilir, Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təmin olunmalarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Belə ki, xəstələrə dərmanlar pulsuz verilmir və buna görə də, onlar məcburiyyət qarşısında qalaraq dərmanları pulla alırlar. Göstərilən tibbi xidmətlər zamanı dərman preparatları ilə “çoxsaylı spekulyasiyalar” həyata keçirilir, tibbi əməliyyatlar zamanı antisanitariya halları müşahidə olunur.

Mövzuya qayıdacağıq.

Gəncə Dəmir Yolu Xəstəxanasının cərrahiyyə şöbəsində anarxiya baş alıb gedir-FOTO

Gəncə Dəmir Yolu Xəstəxanasının cərrahiyyə şöbəsində anarxiya baş alıb gedir-FOTO

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər