Şirvanda Xanəlinin “xanlığı”na son qoyulacaq?- ŞOK İTTİHAMLAR (VIDEO)Bu günlərdə xalqımızın milli-mənəvi əxlaqına, mənəvi dəyərlərinə zidd olan sensasion bir audio səs yazısı Youtube kanalında yayımlanması, sanki ölkə ictimaiyyətini “birbaşa silkələməkdədir”.

Yaşanan olayın kökündə hansısa problemin aradan qaldırılması, hansısa uğurun qeyd olunması, hansısa lahiyə proqramının həyata keçirilməsi və s. kimi məsələlərin varlığı deyil, məhz Şirvan şəhər Kommunal Xidmətlər idarəsinə rəhbərlik edən Xanəli Əzizov adlı bir şəxsin, tabeçiliyində çalışan və bir tikə çörəyə möhtac olan qadın işçisinə qarşı seksual təkliflər etməsi durur. Düzdür, etik baxımından belə bir mövzunun ictimailəşdirilməsi yolverilməz hal olsa da, bu cür düşüncə ​ sahibini ifşa etmək, bəlkə də indiki vaxtda yerinə düşən məsələlərdəndir. Çünki, minbir əzab-əziyyətlə övlad böyüdüb hərbi xidmətə yola salan və övladının evlərinə dönəcəyi günün hər anını səbsizliklə gözləyən, olmazın əziyyətlərin qarşılığında halal zəhmətə alışan bir Azərbaycan qadınına qarşı belə bir davranış, sanki insanlıqdan kənar bir addımdır. Onu da unutmaq olmaz ki, Xanəli Əzizov ölkə rəhbəri cənab İlham Əliyevin təbrincə desək “qudurğan məmur”lar sıyahısına daxil olan vəzifə sahibi olduğundan, yəqin ki, o, atdığı addımın nə ilə nəticələnəcəyinə heç bir halda əhəmiyyət verməyib. Yəni, bu şəxs tabeçiliyində çalışan və bir tikə çörəyə möhtac qalan xanım əməkdaşına qarşı utanmadan, qızarmadan seksual təkliflər edərkən, həmin qadının əsgər anası olmasına belə məhəl qoymayıb. Şirvan şəhər Kommunal Xidmətlər idarəsinə rəhbərlik edən bu şəxsin tabeçliyində çalışan qadına seksual təkliflərini qəbul etməyəcəyi təqdirdə, hətta ona zorlayacağı anonsunu verməsi, heç bir əndazəyə sığası məsələ deyil. Yəqin ki, bu kimi addımların kökündə Xanəli Əzizovun rəhbərlik etdiyi idarədə korrupsiya və rüşvətxorluq yolu ilə əldə olunan haram pulların varlığı əsas önəm daşıyır. Əgər bu belə olmasaydı, o halda idarə rəisi vəzifəsini daşıyan və tabeçiliyində çalışan məzlum bir qadına qarşı “yuxarıdan aşağı baxan”, kefinin “kök vaxtında” onu zorlamaq niyyətinə düşən bu şəxs, “qırmızı xətti” bu qədər keçməzdi.
O halın varlığını da nəzərə alaq ki, “Facebook” sosial şəbəkədə “Bizim Şirvan” səhifəsində Şirvan şəhər Komunal Kombinat müəssisəsinin müdiri Xanəli Əzizovun, tabeçiliyində çalışan süpürgəçi qadına qarşı etdiyi əxlaqsızlıq təklifi ilə bağlı səsyazısının yayılması, bu gün nəinki şirvanlıların, hətta bütövlükdə ölkə əhalisinin hiddətinə səbəb olub.



Çünki bir əsgər anasına, imkansız bir Azərbaycan qadınıına qarşı belə bir davranış, birbaşa insanlıqdan kənar addımdır. Məsələnin düşündürücü tərəfi isə, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasovun, baş verən belə bir olayla bağlı susmasıdır. Çünki, ilk gündən tam əksəriyyət o qənaətdə idi ki, böyük bir şəhərə rəhbərlik edən, illər uzunu rəhbər vəzifə daşımaqla atılan hər bir addıma qarşı öz yanaşmasını ortaya qoymağı bacaran İlqar müəllim, belə bir olayla bağlı dərhal qəti qərarını qəbul edəcək. Yəni, o, Şirvan şəhər sakinlərinə utanc hissi gətirən və adı iki söz birləşməsindən əmələ gələn Xan və Əlini (red- Xanəli) daşıdığı vəzifəsindən azad edib, dolaşan söz-söhbətlərə “stop” qoymağı da bacaracaq. Hətta, bu şəxsin atdığı addımlara görə onun hüquqi məsuliyyətinin müəyyən olunması yöndə,​hüquq-mühafizə orqanlarına lazımi tapşırığını da verəcək. Təəssüf hissi ilə qeyd edək ki, hələ də atılacaq belə bir addımın işartıları hiss olunmur ki, olunmur. Deməli, media üzərindən apardığımız müəyyən araşdırmalar onu söyləməyə əsas verir ki, cənab İlqar Abbasovun hələ də susqunluq nümayiş etdirməsinin kökündə 10 min manatlıq “haqq-hesab”ın varlığı, heç də əhəmiyyətini itirməyib.

Bir faktı da qeyd edək ki, Şirvan şəhər Kommunal Xidmətlər idarəsinə rəhbərlik edən Xanəli Əzizovun əməllərinə etiraz edən Şirvan şəhər sakinlərinin, ŞİH-nin başçısından gözlədikləri gözləntilər nəticəsiz qaldığından, onlar yaşanan olayın araşdırılması məqsədilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Kamran Əliyevə və Daxili İşlər naziri cənab Vilayət Eyvazova müraciət ünvanlayıblar. Yəni, bu haqda bəzi media qurumlarında müəyyən açıqlamalar yayımlanıb. Düşünürük ki, belə bir müraciət adı çəkilən şəxslər tərəfindən diqqətdə saxlanılacaq və adı iki söz birləşməsindən əmələ gələn Xan və Əli (red- Xanəli), xanlıq dövrünün qanunları ilə deyil, daha sivil qanunlarla cəzalandırılacaq.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər