“Azərsu” ilə Vəliyevin Gəncədə batırdığı milyonlar-VİDEO+FOTO

Ölkədə ən çox dövlət vəsaitlərinin oğurlandığı qurumlardan birinin “Azərsu” ASC olduğu hər kəsə bəllidir. Dəfələrlə bu idarədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində ciddi yeyintilər, qanunun pozuntuları, külli miqdarda rüşvət halları, dövlətin ayırdığı pulların silinməsi faktları aşkar edilib. Heç kimə də sirr deyil ki, gözəgörünməz əllərin qoruduğu və himayə etdiyi bu qurum sözün əsl mənasında korrupsiya yuvasına çevrilib. Bu haqda mediada zaman-zaman xeyli sayda tənqidi yazılar yazılıb, araşdırmalar aparılıb.

"Kanal1.az"ın məlumatına görə,Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində həyata keçirilən içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına külli miqdarda vəsait ayrılıb. Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini də əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay Su anbarı seçilib. İndiyə kimi nə içməli su problem həll olunub, nə də kanalizasiya…Ayrılan milyonlarla vəsait isə deyəsən, sulara qərq olaraq “korrupsiya boruları” vasitəsi ilə sifarişçi “Azərsu” ASC ilə podaratçı-icraçı “Azəraqrartkinti” ASC-nin rəhbərlərinin cibinə gedib. Əgər belə olmasaydı, “Avropa Gənclər Paytaxtı”, ölkənin ikinci böyük şəhəri olan Gəncənin su və kanalizasiya sistemi xarabazarı xatırlatmazdı.

Xəbər verdiyimiz kimi digər ərazilərdə kimi şəhərin Məmmədtağı Cəfərov küçəsinin sakinləri də su-kanalizasiya sisteminin yaratdığı acınacaqlı vəziyyətdən şikayətçi olublar. Pandemiya dönəmində, infeksiyaların sürətlə yayıldığı bir vaxtda yaşayış yerləri çirkab sullarına qərq olmaqla yanaşı, həm də böyük bataqlığa çevirilib. Hələ bu azmış kimi ağası Ağalar olan “Azəraqrartikinti”ASC tərəfində küçəyə yenicə çəkmiş yol çöküb, kanalizasiya xəttləri isə dağılıb. Hazırda sözügedən ərazidə baxımsızlıq ücbatından ekoloji fəlakət yaşanır. Bu zaman suallar yaranır:
-Gəncə şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin sifarişçi olan “Azərsu”ASC sözdə yekunlaşmış bu iri çaplıı layihəni hansı əsaslarla təhvil alıb və istismara necə qəbul edib?
-Mövcud layihənin icrası zamanı şəffaflığın təmin olunması ilə bağlı ictimaiyyət məlumatlandırılıbmı?
“Azərsu” ASC-nin marağı nədir ki, su və kanalizasiya sistemlərinin yenidən qurulması və əsaslı təmiri işlərini böyük hissəsini məhz oliqarx-deputat Ağalar Vəliyevə məxsus “Azəraqrartikinti”ASC-yə verib?

Görünən odur ki, dövlət içində dövlət yaradan, mətbutda adı tez-tez FETÖ şəbəkəsinin əsas simalarından biri kimi hallanan, adı kimi özü də qorxmaz olan “Azərsu” rəhbərinin dünya vecinə deyil. Bu adam hələ də “gözüçıxmış qardaşlar”dan ibrət dərsi götürməyib. Əks halda, bu qədər özbaşınalıqların, qanunsuz əməllərin qarşısında az da olsa məsuliyyət hiss edərdi.
Bir fakt isə gün aydındır. “Azərsu” rəhbərliyi “Azəraqrartikinti”ASC-nin şefi Ağalar Vəiyevlə əlbir olaraq Gəncədə su-kanalizasiya sisteminin yenidən qurulması layihəsindən ən azı 10 milyonlarla manat pulu mənimsəyiblər. Amma bu milyonlar təkcə Gəncə ilə yekunlaşsa, dərd yarı… Çünki Ağaların ağaları Yaponiya hökuməti ilə Azərbaycan hökumətinin birgə əməkdaşlığı çərçivəsində Yevlaxda eyni tipli layihənin pullarını da “qeybə” çəkibilər. 10 ildən artıqdır ki, Yevlaxın da su-kanalizasiya sistemindən xəbər-ətər yoxdur. Deyəsən, həmin milyonlar da Qorxmaz müəllimin qorxusundan Vəliyevlərə tərəf gedib. Təbii ki, kişinin “payı”nı artıqlaması ilə çatdırlımaq şərti ilə…

Biz də redaksiya olaraq cənab Prezidentin ictimai nəzarətin güclədirilməsinin vacibliyi çağırışına dəstək məqsədi ilə sözügedən layihənin icrası zamanı baş vermis korrupsiya və rüşvət hallarına qarşı öz mövqeyimizi davam etdirəcəyik. İnanırıq ki, Korrupısiya Qarşı Mübarizə Baş İdarəsi Gəncədə su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı araşdırmalar aparacaq və həzmraberdən keçirilmiş vəsaitlərin dövlət büdcəsinə qaytarılmasını təmin edəcək.

Təqdim etdiyimiz videogörüntülər “Azərsu” ASC-nin və podaratçı “Azəraqrartikinti”ASC-nin torpağa qərq etdiyi milyonlarla dövlət vəsaitinin əyani təsdiqidir…
Qeyd edək ki, “Azərsu” ASC-nin əsassız və şablon mövqeyini dərc etməyə hazırıq.


“Azərsu” ilə Vəliyevin Gəncədə batırdığı milyonlar-VİDEO+FOTO
“Azərsu” ilə Vəliyevin Gəncədə batırdığı milyonlar-VİDEO+FOTO

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər