Hadisə / Sosial / Manşet
7.03.2021, 22:34
Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
Abşeron rayonunun Saray yolunda ağır yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.
"Kanal1.az" xəbər verir ki, hadisə Saray-Novxanı şossesində baş verib.
Belə ki, 50-AA-222 dövlət nömrə nişanlı “NİVA” markalı avtomobili idarə edən 1980-ci il təvəllüdlü Maqsudov Maqsud Rəhim oğlu hərəkətdə olarkən qəfil qarşısına piyada çıxıb. Avtomobilin vurması nəticəsində 2001-ci il təvəllüdlü Şabanlı Yusif Hətəm oğlu hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Sürücü Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay