Hadisə
30.08.2020, 17:02
Bakı-Sumqayıt şossesində avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb - FOTO
Bakı-Sumqayıt şossesində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Xırdalan qəbirstanlığının yaxınlığında qeydə alınıb.
Belə ki, Rüfət Həsənov sərxoş halda Bakı-Sumqayıt şossesinin piyada üçün müəyyən edilməmiş hissəsindən keçib. Bu zaman onu naməlum avtomobil vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hazırda hadisəni törədən sürücünün axtarışları davam etdirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay