Hadisə / Manşet
5.03.2021, 14:00
Azərbaycanda partlayış: yaralılar var – SON DƏQİQƏ
Abşeron rayonunda partlayış baş verib.
"Kanal1.az"ın məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində səhər saatlarında fərdi yaşayış evində qəfil partlayış olub.
Hadisə nəticəsində evdə olan 1972-ci il təvəllüdlü Mehdiyeva Mətanət Məmməd qızı, 1993-cü il təvəllüdlü Mahmudova Ayşə Əbülfət qızı, 3 yaşlı Mahmudov Məhəmməd Zahiri oğlu və 4 yaşlı Mahmudova Nilay Zahiri qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay