İsrail müdafiə naziri İsrael Kats İsrail hərbçilərinin İranda SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tangsirini öldürdüklərini iddia edib.
Kanal1.Az-ın "The Times of Israel" nəşrinə istinadən xəbərinə görə, bu barədə İsrael Kats hərbçilərlə operativ iclas zamanı bildirib.
"İsrail müdafiə qüvvələri Hörmüz boğazının minalanması və dəniz nəqliyyatının bloklanmasına görə birbaşa məsuliyyət daşıyan SEPAH Hərbi Dəniz Qüvvələri komandanını öldürüb", - deyə o qeyd edib.