Abşeron rayonu Saray bələdiyyəsinin sədr köməkçisi Şahlar Məhərrəmov – şəhid ailələri və qazilərə daim diqqət və qayğı göstərən nümunəvi şəxsiyyət
Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş qazilərimizə qayğı göstərmək hər bir vicdanlı insanın, xüsusilə də dövlət və bələdiyyə strukturlarında çalışan şəxslərin əsas mənəvi borcudur. Bu ali dəyəri öz fəaliyyətində daim rəhbər tutan şəxslərdən biri də Abşeron rayonu Saray bələdiyyəsinin sədr köməkçisi Şahlar Məhərrəmovdur.
Şahlar Məhərrəmov şəhid ailələrinə və qazilərə xüsusi həssaslıqla yanaşır, onların problemləri ilə yaxından maraqlanır, müraciətlərinə operativ və səmimi münasibət göstərir. O, mütəmadi olaraq şəhid ailələri ilə görüşür, onların sosial və məişət problemlərinin həllinə dəstək olur, qazilərimizin cəmiyyətə daha rahat inteqrasiya etməsi üçün əlindən gələni əsirgəmir.
Sədr köməkçisi kimi Şahlar müəllim bələdiyyə rəhbərliyinin tapşırıqlarının icrasında məsuliyyət və vicdanla çalışır, Prezident cənab İlham Əliyevin şəhid ailələri və qazilərə göstərdiyi yüksək diqqət və qayğını öz fəaliyyətində əsas prinsip kimi qəbul edir. Onun təşəbbüsü və fəallığı nəticəsində bir çox ailələrin sevinci artmış, problemləri isə öz həllini tapmışdır.
Vətənpərvərlik, insanlara hörmət və xalqa xidmət Şahlar Məhərrəmovun xarakterinin əsas cizgiləridir. Belə dəyərli, xeyirxah və məsuliyyətli insanların fəaliyyəti cəmiyyətimiz üçün nümunədir. Şəhid ailələri və qazilər tərəfindən qazandığı hörmət və etimad onun gördüyü işlərin ən böyük qiymətidir.
Şahlar Məhərrəmova bu şərəfli və məsuliyyətli yolunda uğurlar arzulayır, Vətənə və xalqa xidmətində daim müvəffəq olmasını diləyirik.
Hazırladı A.Əliyev