Bərdə şəhərində öz vicdanlı fəaliyyəti, qeyrətli mövqeyi və yüksək insani keyfiyyətləri ilə tanınan dəyərli sahibkar, hörmətli iş adamı Sadiq Məmmədov cəmiyyətimiz üçün əsl örnək olan şəxsiyyətlərdəndir. O, uzun illərdir ki, sahibkarlıq sahəsində halal zəhməti ilə çalışaraq həm ailəsinə, həm də ətrafındakı insanlara fayda verməyi həyat amalına çevirib.
Sadiq müəllim işində daim dürüstlüyü, məsuliyyəti və şəffaflığı əsas tutur. Onun qurduğu iş sistemi qarşılıqlı hörmət üzərində formalaşıb. Çalışdığı kollektivdə nizam-intizam, mehribanlıq və əməksevərlik hökm sürür. Bu da onun rəhbər kimi necə prinsipial və eyni zamanda insanpərvər olduğunun bariz göstəricisidir.
O, yalnız qazanc dalınca qaçan iş adamı deyil. Sadiq Məmmədov üçün insan amili hər zaman ön plandadır. Ehtiyacı olanlara əl uzatmaq, dara düşənə dayaq olmaq, böyük-kiçiyə hörmət göstərmək onun xarakterinin ayrılmaz hissəsidir. Xüsusilə şəhid ailələrinə, qazilərə və sosial həssas təbəqədən olan insanlara göstərdiyi diqqət və qayğı onun nə qədər mərhəmətli və Vətəninə bağlı bir şəxs olduğunu sübut edir.
Sadiq müəllim eyni zamanda dövlətçiliyimizi dəstəkləyən, Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti hər zaman dəstəkləyən, ölkəmizin inkişafı naminə çalışan qeyrətli Azərbaycan oğludur. O, gənclərə də nümunə olaraq, halal zəhmətlə uğur qazanmağın mümkün olduğunu öz fəaliyyəti ilə göstərir.
Bərdə camaatı arasında hörmət qazanan Sadiq Məmmədov sadəliyi, səmimiyyəti və sözünün üstündə durması ilə seçilir. Onunla ünsiyyətdə olan hər kəs bu insanda daxili mədəniyyət, təvazökarlıq və yüksək mənəviyyat hiss edir. Belə insanlar cəmiyyətin dayağı, xalqın güvənc yeridir.
Bu gün Sadiq Məmmədov öz zəhməti ilə qurduğu biznesi uğurla davam etdirir, eyni zamanda sosial məsuliyyətini unutmadan insanlara fayda verməyə çalışır. Onun fəaliyyəti bir daha göstərir ki, əsl iş adamı yalnız qazanan deyil, həm də paylaşmağı bacaran, xalqına xidmət edən insandır.
Belə vicdanlı, qeyrətli, zəhmətkeş və mərd sahibkarlarımızın sayı artsın. Hörmətli Sadiq Məmmədova gələcək fəaliyyətində yeni uğurlar, ailəsinə firavanlıq, işlərinə bol ruzi-bərəkət və möhkəm can sağlığı arzulayırıq.