Azərbaycan Dəmir Yolları QSC-nin 4 saylı Bakı yol sahəsinin yol ustası Rəşad Səfərov Azərbaycan Respublikasının Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi 24 dekabr – doğum günü münasibətilə öz adından və çalışdığı kollektiv adından səmimi-qəlbdən təbrik etmişdir.
Təbrikində Rəşad Səfərov bildirmişdir ki, cənab İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli rəhbərliyi nəticəsində Azərbaycan bu gün sabitlik, təhlükəsizlik və davamlı inkişaf yolunda inamla irəliləyir. Prezidentin həyata keçirdiyi ardıcıl dövlət siyasəti ölkəmizin bütün sahələrində olduğu kimi, nəqliyyat və dəmir yolu sektorunda da əsaslı yeniliklərə və böyük inkişaf mərhələsinə yol açmışdır.
Rəşad Səfərov xüsusi olaraq qeyd etmişdir ki, son illər ərzində Azərbaycan Dəmir Yollarında aparılan genişmiqyaslı yenidənqurma və modernləşmə işləri, yeni dəmir yolu xətlərinin çəkilməsi, mövcud yolların əsaslı təmiri və işçilər üçün yaradılan təhlükəsiz əmək şəraiti birbaşa Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. Bu diqqət dəmir yolu işçilərini daha məsuliyyətlə çalışmağa, dövlətə və xalqa sədaqətlə xidmət etməyə ruhlandırır.
Təbrikində Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış tarixi Vətən Müharibəsi Zəfərinin hər bir azərbaycanlı üçün əvəzsiz qürur mənbəyi olduğunu vurğulayan Rəşad Səfərov bildirmişdir ki, bu Zəfər güclü Liderin, rəşadətli ordunun və xalq–dövlət birliyinin parlaq nümunəsidir.
Sonda Azərbaycan Dəmir Yolları QSC-nin 4 saylı Bakı yol sahəsinin yol ustası Rəşad Səfərov möhtərəm Prezidentimiz cənab İlham Əliyevə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, çətin və şərəfli dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar arzulamış, ölkəmizin Prezidentin rəhbərliyi altında daha da qüdrətlənəcəyinə dərin inamını ifadə etmişdir.
Doğum gününüz mübarək olsun, cənab Prezident!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Müstəqil və Qüdrətli Azərbaycan!