NİZAMİ ƏHMƏDOV DƏYƏRLİ İŞ ADAMI

NİZAMİ ƏHMƏDOV DƏYƏRLİ İŞ ADAMI

Nizami Əhmədov – Astoriya Hotelin və Sərin restoranının sahibi kimi tanınan, iş dünyasında öz dəsti-xətti, dürüstlüyü və yüksək idarəçilik bacarığı ilə seçilən nümunəvi sahibkardır. O, illərdir ki, zəhməti, uzaqgörənliyi və insanlara olan hörməti sayəsində həm biznes sahəsində, həm də ictimai mühitdə böyük rəğbət qazanıb. Nizami müəllimin rəhbərlik etdiyi Astoriya Hotel və Sərin restoranı keyfiyyət, təmizlik, səliqə-sahman və yüksək xidmət mədəniyyəti ilə seçilən məkanlardandır.

Sərin restoranı xüsusilə öz gözəl mühiti, dadlı və keyfiyyətli təamları, qonaqpərvər kollektivi ilə insanların sevimli ünvanına çevrilib. Burada hər bir qonağa xüsusi diqqət və hörmət göstərilir. Restoranda təşkil olunan ailəvi məclislər, xeyir işlər, tədbirlər yüksək səviyyədə həyata keçirilir. Bu da Nizami müəllimin işinə necə məsuliyyətlə yanaşdığını və mükəmməlliyə önəm verdiyini bir daha sübut edir.

Lakin Nizami Əhmədovu fərqləndirən əsas xüsusiyyət təkcə uğurlu sahibkar olması deyil. O, eyni zamanda böyük ürək sahibi, mərhəmətli və vətənpərvər insandır. Xüsusilə şəhid ailələrinə göstərdiyi diqqət və qayğı onun necə ali dəyərlərə sahib olduğunu göstərir. Şəhid ailələrinin yanında olmaq, onlara maddi və mənəvi dəstək vermək, onların problemlərinə biganə qalmamaq Nizami müəllimin həyat prinsipinə çevrilib. O, hər zaman dövlətinə və xalqına bağlılığını əməli ilə nümayiş etdirən iş adamlarındandır.

Sadəliyi, səmimiyyəti və insanlara olan hörməti onu hər kəsin gözündə ucaldır. İşçilərinə qarşı qayğıkeş münasibəti, müştərilərə göstərilən yüksək xidmət və sosial məsələlərdə aktiv mövqeyi onun şəxsiyyətini daha da dəyərli edir. Belə sahibkarlar cəmiyyət üçün nümunədir, gənc iş adamları üçün isə örnək məktəbidir.

Nizami Əhmədov kimi iş adamlarının fəaliyyəti həm iqtisadi inkişafa töhfə verir, həm də milli-mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edir. Allah Nizami müəllimin işlərini daha da bərəkətli etsin, ona möhkəm can sağlığı və daim uğur nəsib etsin. Belə xeyirxah və dəyərli insanların sayı çox olsun