Xəbərlər
Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Rusif Əlövsət oğlu Quliyev Şəmkir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Kanal1.Az "Teleqraf"a istinadən xəbər verir ki, təyinata əsasən, Rusif Quliyev artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Rusif Quliyev bundan əvvəl, 2018-ci ildən etibarən Bərdə rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışıb.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© Müəllif hüquqları qorunur 2021-2026