"İran qonşuları ilə dostluğa inanır və yalnız bu ölkələrdəki ABŞ hərbi bazalarına hücum edir".
Kanal1.Az xəbər verir ki, bu barədə İranın yeni Ali Lideri Müctəba Xamenei ölkənin dövlət televiziya və radio şirkətində yayımlanan ilk rəsmi açıqlamasında bildirib.
"Biz bu yaxınlarda ABŞ hərbi bazalarına zərbələr endirdik. Xəbərdarlıq etdiyimiz kimi, qonşu ölkələrə hücum etmədən, sadəcə, bu bazaları hədəf aldıq. Qonşularımızla dostluğa inansaq da, gələcəkdə bu hərəkətləri davam etdirməyə məcbur olacağıq", - deyə o qeyd edib.
"Mən onlara (qonşu ölkələrə - red.) bazaları (ABŞ) mümkün qədər tez bağlamağı məsləhət görürəm, çünki onlar, yəqin ki, artıq ABŞ-nin təhlükəsizliyin və sülhün qorunması ilə bağlı iddialarının yalandan başqa bir şey olmadığını anlayıblar", - Xamenei əlavə edib.