Kənan Camalov : Bərdənin inkişafına töhfə verən sahibkar

Kənan Camalov : Bərdənin inkişafına töhfə verən sahibkar



Bərdə şəhərində nüfuzlu və uğurlu sahibkarlardan biri kimi tanınan Kənan Camalov Kamil oğlu, rayonun sosial-iqtisadi inkişafında, abadlıq və yenilənmə işlərində mühüm rol oynayır. Onun təşəbbüsü və dəstəyi ilə şəhərin bir sıra ərazilərində abadlıq işləri aparılıb, ictimai məkanların müasirləşdirilməsinə töhfələr verilib.


Məsuliyyətli və vətənpərvər iş adamı kimi tanınan Kənan Camalov sahibkarlıq fəaliyyəti ilə yanaşı, daim ictimai təşəbbüslərə dəstək göstərərək, rayonun rifahına öz töhfəsini verir. O, təkcə iqtisadi fəaliyyət sahəsində deyil, həm də sosial yönümlü layihələrin həyata keçirilməsində fəallıq göstərir.


Rayon əhalisi onun fəaliyyətini yüksək qiymətləndirir və belə işgüzar şəxslərin bölgənin inkişafında əsas dayaqlardan biri olduğunu qeyd edir. Kənan Camalov kimi sahibkarların fəaliyyəti, ölkə rəhbərliyinin regionların inkişafına dair müəyyən etdiyi strategiyalara uyğun şəkildə yerli səviyyədə uğurla tətbiq olunur.


Bu gün Bərdə şəhərinin simasının dəyişməsində və müasir infrastrukturun formalaşmasında onun əməyini xüsusilə qeyd etmək lazımdır. Belə vətəndaşların mövcudluğu cəmiyyətin güclənməsi və dövlət-xalq birliyinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.