İsrail PUA-sı Beyrutda avtomobili vurdu: Səkkiz nəfər öldü

İsrail PUA-sı Beyrutda avtomobili vurdu: Səkkiz nəfər öldü

İsrail ordusuna aid pilotsuz uçuş aparatı (PUA) Livanın paytaxtı Beyrutda hərəkət edən avtomobilə zərbə endirib. Hadisə nəticəsində 8 nəfər ölüb.

Kanal1.Az xəbər verir ki, məlumatı "Əl-Hadath" televiziya kanalı yayıb.

Vurulan nəqliyyat vasitəsinin "Hizbullah" qruplaşmasının üzvlərindən birinə aid olduğu bildirilir. Partlayış zamanı dəniz kənarında qurulmuş çadırlarda yatan qaçqınlar da həlak olublar.

Gecə saatlarında Beyrutun Ramlet əl-Beida istiqamətində hərəkət edən təcili tibbi yardım avtomobillərinin həyəcan siqnalları fasiləsiz olaraq eşidilib.