10 May — Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin doğum günü xalqımız üçün daim böyük qürur və ehtiram günü kimi qeyd olunur. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan inkişaf, sabitlik və tərəqqi yoluna qədəm qoymuşdur. Bu gün ölkəmizin qazandığı uğurların təməlində Heydər Əliyev siyasəti dayanır.
Sabunçu rayon MTKB-nin 81 saylı Mənzil Kommunal İstismarı Sahəsinin rəisi İsmayıl Atayev də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edən ziyalı rəhbərlərdən biridir. İsmayıl müəllim hər zaman dövlətçiliyə bağlılığı, insanlara göstərdiyi diqqət və qayğı ilə seçilən nüfuzlu rəhbər kimi tanınır. Rəhbərlik etdiyi sahədə səliqə-səhman, təmizlik və sakinlərə göstərilən xidmətin yüksək səviyyədə olması onun işinə olan məsuliyyətinin göstəricisidir.
İsmayıl Atayev qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin memarıdır. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan daha da güclənir. İsmayıl müəllim bildirib ki, xalqımız Heydər Əliyevin əziz xatirəsini daim qəlbində yaşadır və onun dövlətçilik ideyaları gələcək nəsillər üçün örnəkdir.
Sakinlər arasında hörmət qazanan İsmayıl Atayev öz fəaliyyəti ilə daim insanların rəğbətini qazanıb. Onun vətənə, dövlətə bağlılığı və insanlara göstərdiyi qayğı hər zaman yüksək qiymətləndirilir. Ulu Öndərin doğum günü münasibətilə İsmayıl müəllim bütün Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq və dövlətimizə davamlı inkişaf arzulayıb.