Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib.
Kanal1.Az xəbər verir ki, bununla bağlı dövlət başçısı "X" hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Əziz Qardaşım,
Qardaş Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram".