Cavid Abdullayev Xanərəb Bələdiyyəsinin sədri

Cavid Abdullayev Xanərəb Bələdiyyəsinin sədri

Cavid Abdullayev – böyük əraziyə xidmət edən, xalqına bağlı bələdiyyə sədri

Bərdə rayonunun Xanərəb bələdiyyəsinin sədri Cavid Abdullayev geniş ərazini və minlərlə sakini əhatə edən böyük bir bələdiyyəyə rəhbərlik edir. 4 bələdiyyə və 5 kəndin — Xanərəb, Əmirli, Şahvəllər və Soğanverdilər bələdiyyələrinin birləşməsi nəticəsində yaradılan Xanərəb bələdiyyəsi bu gün 7 780 nəfər əhaliyə xidmət göstərir. Belə böyük bir ərazini idarə etmək həm böyük məsuliyyət, həm də güclü təşkilatçılıq tələb edir və Cavid müəllim bu məsuliyyətin öhdəsindən ləyaqətlə gəlir.

O, hər bir kəndin, hər bir ailənin problemlərini diqqətdə saxlayan, kənd sakinlərinin halına yanan, dərdinə şərik olan bir sədrdir. Yol, su, abadlıq, sosial dəstək kimi məsələlərdə daim insanların yanında olan Cavid Abdullayev sadəcə kabinetdə oturan rəhbər deyil, kənd-kənd gəzib problemləri yerində öyrənən xalq adamıdır.

Cavid müəllim gözəl ürəyə sahib, vicdanlı və xeyirxah bir insandır. Xüsusilə şəhid ailələrinə, qazilərə və ehtiyacı olan ailələrə göstərdiyi diqqət onun necə mərhəmətli bir insan olduğunu sübut edir. Onun üçün vəzifə ilk növbədə xalqa xidmət deməkdir.

Eyni zamanda Cavid Abdullayev dövlətinə və dövlət başçımıza sadiq olan, ölkəmizin inkişaf yolunu dəstəkləyən nümunəvi bələdiyyə sədridir. O, Azərbaycan dövlətinin güclənməsi, kəndlərin abadlaşması və insanların daha yaxşı yaşaması üçün bütün imkanlarını səfərbər edir.

Bu gün Xanərəb bələdiyyəsi təkcə böyük əraziyə deyil, həm də böyük ümidlərə sahibdir. Bu ümidlərin arxasında isə vicdanlı, qeyrətli və işgüzar bir rəhbər – Cavid Abdullayev dayanır. O, Bərdə rayonunda etimad qazanmış, xalqın hörmətini doğruldan dəyərli bir bələdiyyə sədridir

Reklam xəbər

Ən Çox Oxunanlar