46 saylı Yol idarəsin Numunəvi idarədir

46 saylı Yol idarəsin Numunəvi idarədir

Azərbaycan Avtomobil Yolları Agentliyinin Cəlilabad rayon 46 saylı Yol İstismar İdarəsinin rəisi Xudayar Rəhimov öz peşə vəzifəsini daim böyük ləyaqət, məsuliyyət və vicdanla yerinə yetirən dəyərli rəhbərlərdən biridir. O, rəhbərlik etdiyi sahədə yalnız peşəkarlığı ilə deyil, həm də insanlara göstərdiyi diqqət, qayğı və səmimiyyəti ilə sakinlərin dərin hörmətini və rəğbətini qazanmışdır.

Xudayar müəllim hər zaman işinin başında dayanaraq yolların təhlükəsizliyi, rahatlığı və insanların rifahı üçün yorulmadan çalışır. İstər yağışlı, istər qarlı, istərsə də çətin hava şəraitində belə öz vəzifə borcunu şərəflə və ləyaqətlə yerinə yetirir. Onun rəhbərliyi altında görülən işlər rayonun inkişafına, yolların daha təhlükəsiz və rahat olmasına böyük töhfə verir.

Sakinlər Xudayar müəllimdən çox razıdırlar. Çünki o, yalnız rəhbər kimi deyil, həm də insanların dərdini anlayan, onların problemlərinə biganə qalmayan, xalqa yaxın olan bir şəxsiyyət kimi tanınır. Belə rəhbərlər hər zaman xalqın sevgisini və hörmətini qazanır.

Ən əsas məsələ odur ki, Allah da belə dəyərli, şəxsiyyətli və vicdanlı insanlardan razı olsun. Xudayar Rəhimov kimi insanlar həm öz peşələrinin şərəfini qoruyur, həm də cəmiyyət üçün əsl nümunəyə çevrilirlər. Onun zəhməti, dürüstlüyü və xalqa xidmət yolu hər cür tərifə layiqdir. Belə insanlara sonsuz təşəkkür, dərin hörmət və böyük ehtiram düşür.