24 dekabr 1963-cü il tarixində dünyaya göz açmış, ailəsinin və ətrafındakı hər kəsin hörmətini qazanmış dəyərli insan Zeynalabdin Səfərovun ad günü münasibətilə oğlu Rəşad Səfərov tərəfindən səmimi təbrik:
Əziz atam, Zeynalabdin müəllim!
Sizi bu əlamətdar gündə – doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Siz mənim üçün təkcə ata yox, həm də həyat müəllimi, düzgün yol göstərən, mərdlik və zəhmətkeşliyin canlı nümunəsisiniz. Həyatınız boyunca ailəmizə göstərdiyiniz qayğı, verdiyiniz dəyərlər və öyrətdiyiniz insanlıq prinsipləri bizim üçün ən böyük sərvətdir.
Sizin xeyirxah qəlbiniz, səbirli xarakteriniz və ədalətli mövqeyiniz hər zaman hamıya nümunə olub. Arzu edirəm ki, Allah Sizə uzun ömür, möhkəm can sağlığı, daim üzünüzdə təbəssüm nəsib etsin. Qoy həyat yolunuz bundan sonra da uğurlar, sevinc dolu günlər və xoş xatirələrlə zəngin olsun.
Ad gününüz mübarək olsun, əziz atam!
Hörmət və sevgilərlə – oğlunuz Rəşad Səfərov.