Partiyalar hazırlıqlara START VERDİ – Qurultaylar nə vaxt KEÇİRİLƏCƏK?

 

Partiyalar haqqında yeni qanuna müvafiq olaraq siyasi təşkilatların yenidən qeydiyyatı başa çatandan sonra, artıq onların qarşısında duran növbəti vəzifə partiya qurultayını keçirməkdir. Yeni qanuna müvafiq olaraq onlar qeydiyyatdan sonra 3 ay müddətində qurultay keçirməlidirlər.

Görəsən, bu istiqamətdə partiyalarda vəziyyət nə yerdədir? 


Partiyaların qurultay keçirmək fikri varmı?

AXP sədri Pənah Hüseyn bildirir ki, noyabrda partiyanın qurultayı olacaq:

"26 noyabrda partiyanın qurultayı olacaq. Partiyanın məramnamə və nizamnaməsi yeni qanunun tələblərinə uyğunlaşdırılmalıdır. Gündəlikdə duran məsələ də ondan ibarətdir”.

Gələn həftədən başlayaraq…

AMİP sədri Arzuxan Əlizadə isə bildirir ki, gələn həftə partiya qurultayının tarixi dəqiqləşdiriləcək:

"Yeni qanuna müvafiq olaraq 3 ay müddətində partiyanın qurultayını keçirməliyik. Çünki qanuna müvafiq olaraq nizamnamədə bir sıra struktur dəyişiklikləri edilməlidir. Əvvəlki qanuna müvafiq olaraq qurultayda partiyanın qurultaylararası dövrdə əsas ali orqanı olan Mərkəzi Şurası seçilirdi. Mərkəzi Şuranın iclasında isə Siyasi Şura seçilirdi. İndi isə hər iki struktur birbaşa qurultaydan seçiləcək. Ona görə də yaxın bir ay ərzində partiyanın qurultayı keçiriləcək. Qurultayın tarixini növbəti həftə olacaq Siyasi Şura iclasında dəqiqləşdirəcəyik”.

ÜMİD artıq qurultay keçirib

ÜMİD Partiyası sədrinin müavini Taleh Əliyev bildirir ki, yeni qanuna müvafiq olaraq artıq partiyanın qurultayını keçiriblər:

"Yeni qanunun tələblərinə uyğun olaraq iyulun 17-də qurultay keçirdik. Burada yeni nizamnamə qəbul olundu. Yeni proqramın qəbulu partiyanın İdarə Heyətinə həvalə edildi. Həmin sənəd də İH tərəfindən qəbul olunaraq, Ədliyyə Nazirliyinə təqdim edilib. Onların rəsmi cavabını gözləyirik”.

Yeni Zaman qurultaya hazırlaşır

Yeni Zaman Partiyasının sədri Musa Ağayev deyir ki, qurultayın keçirilməsi istiqamətində hazırlıq işləri görürlər:

"Qurultaya hazırlaşırıq. Çalışacağıq ki, vaxt imkan versə, bu ilin sonuna və yaxud gələn ilin yanvarına qədər qurultayı keçirək. İşlərimiz bu istiqamətdə gedir”.

MDHP də noyabrı gözləyir…

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edir ki, noyabr ayı ərzində qurultaylarını keçirəcəklər:

"Partiyalar haqqında yeni qanuna uyğun olaraq nizamnamə dəyişiklikləri olmalıdır. Bunun üçün də qurultay zərurətdir. Hələlik keçirməmişik, amma nizamnamə və proqramı sahmana salmışıq. Bütün rayon şöbələri artıq nümayəndələri seçib. Sadəcə olaraq vaxtı təyin edib, qurultayı keçirməyimiz qalır. Üzümüzə gələn ay ərzində yəqin ki, qurultay baş tutacaq”.

Müsavatın qurultayının vaxtı bəlli deyil?

Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı bildirir ki, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıblar:

"Müsavat Partiyası nizamnaməyə uyğun fəaliyyət göstərir. Nizamnaməyə uyğun olaraq da artıq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. TK-nın bir sıra iclasları keçirilib. Rayon təşkilatlarına da tapşırıqlar verilib. Rayon təşkilatlarında ümumi yığıncaqların keçirilməsini təşkil edəcəyik ki, qurultaya nümayəndələr seçsinlər. Ehtimal ki, bu prosedurlar başa çatandan sonra qurultayın keçirilmə günü ilə bağlı qərar veriləcək”.

 

Son xəbərlər

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

Bütün xəbərlər