Son günlər Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir. Xüsusilə ölkəmizə təşrif buyuran qonaqlar arasında ərəb ölkələrindən gələnlər üstünlük təşkil edir. Pandemiyadan əvvəlki dövrdə olduğu kimi, Bakının mərkəzi küçələrində yenidən ərəb turistlərə rast gəlmək mümkündür. 

 

Bu il ölkəmizə nə qədər xarici turistin gəlməsi gözlənilir? 

 

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Ceyhun Aşurov bildirib ki, karantin qaydalarının yumşaldılmasından sonra turizm sektorunda canlanma yaranıb. 

 

"Karantin qaydalarının yumşaldılması iqtisadiyyatın inkişafına və turizmin yenidən canlanmasına təkan verir. Artıq yeni qaydalar insanların səyahət edə bilməsi üçün imkanlar yaradıb. Turistlər həm ölkə daxili, həm də ölkə xaricinə gedə bilirlər. Bunun üçün ölkəyə gəliş zamanı PCR testinin ləğv olunması düzgün qərardır. May ayının 1-dən tibbi maskadan istifadə tələbi də aradan qaldırıldı. Bütün bunlar müsbət haldır. Baxmayaraq ki, quru sərhədləri açılmayıb, amma ölkəyə giriş-çıxış üçün uçuş marşrutlarının sayında artım var”, - ekspert deyib.

 

Ekspertin sözlərinə görə, Ramazan bayramından sonra ərəb ölkələrindən, eləcə də digər İslam ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunur:

 

"Biz turizmçi olaraq turistlərin hansı ölkələrdən olmasına fərq qoymuruq. Ölkəmizə gələn hər turist müəyyən istehlak tələbi yaradır, aldığı xidmətlərin qarşılığında pul xərcləyir. Təsadüfi deyil ki, turizm Azərbaycanda neft sektorundan sonra ikinci ən çox xarici valyuta gətirən sahələrdən biridir. Təbii ki, ölkəmizə son zamanlar Qazaxıstandan, nisbətən Özbəkistandan, Türkiyədən gəlişdə aktivlik müşahidə olunur. Eyni zamanda, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Pakistandan gələnlərin sayı da artıb. Ümumiyyətlə, nəinki ərəb turistlərin, digər ölkələrdən olan qonaqların gəlişi turizmin dirçəldilməsi üçün önəmlidir.”

 

Ekspert bu il turizm sektorunda aktivlik olacağını hesab edir:

 

"Keçən illə müqayisədə düşünürük ki, bu il turizmin bərpası müşahidə olunacaq və daha çox aktivlik yaranacaq. Hələ də müəyyən məhdudiyyətlər qalsa da, gözləntilər müsbətdir. Növbəti ildən daha çox turistin səyahət edəcəyini düşünürük. Eyni zamanda yerdə qalan məhdudiyyətlərin də ləğv olunacağına ümid edirik. Təbii ki, geosiyasi gərginliklər turizmdə müəyyən çətinliklər yaradır. Ancaq insanların səyahət etmək istəyini də nəzərə almalıyıq”.

 

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, 2022-ci ilin aprelində ölkəyə 84 402 xarici vətəndaş gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 faiz artım deməkdir. Belə ki, 2021-ci ilin aprelində ölkəyə 45 764 əcnəbi gəlmişdi.

 

Cari ilin yanvar-aprel aylarında ölkəyə gələn xarici vətəndaşların sayı 330 679 nəfər olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 103 faiz çoxdur. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 162 991 əcnəbi daxil olub.

 

Əcnəbilərin 26,9 faizi Türkiyədən, 22,6 faizi Rusiyadan, 15,7 faizi İrandan, 11,8 faizi Asiyadan, 10 faizi Avropadan, 6,9 faizi Gürcüstandan, 4,3 faizi Yaxın Şərq ölkələrindən, 1,7 faizi isə digər regionlardan gəlib. Xarici vətəndaşların ən çox gəldiyi ölkələr arasında ilk beşlikdə isə Türkiyə (22,7 min), Rusiya (19,1 min), İran (13,3 min), Gürcüstan (5,8 min), Hindistan (3,3 min) qərarlaşıb.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər