Sakinləri NARAHAT edən
 
Son illər Bakı şəhərində müxtəlif şirkətlər tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binaları ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Paytaxtdakı yeni tikilən və vətəndaşlara satılan yaşayış binalarında ən əsas problem mənzillərə çıxarışların verilməməsidir. İkinci ən böyük problem isə kommunal xəttlərlə yaşanan problemdir. Bir çox binalarda qaz, su, elektrik xəttləri qanunsuz çəkilib və bu problemlər sakinləri çox narahat etməkdədir. Bəzi binalarda isə toplanan sərfiyyat pulları dövlətə ödənilmir, sadəcə olaraq mənimsənilir. Belə problemli binalardan biri də "Rahat”MTK tərəfindən Abşeron rayon Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1260-cı keçiddə inşa olunan 12 mərtəbəli yaşayış binasıdır.

Sakinlərin PİA.AZ-a ünvanladığı şikayətə görə Xirdalanda "Rahat”MTK-nın inşa etdiyi binada kooperativ sədri işləyən Ələddin Məmmədhəsənov vətəndaşlardan yığılan işıq və su pullarını dövlət büdcəsinə köçürtmək əvəzinə mənimsəyir. Nəticədə sakinlərin kommunal xərclərə görə dövlətə 133,949 (yüz otuz üç min doqquz yüz qırx doqquz) borcları yaranıb.

Məlumata görə hər ay mənzil sahiblərinin sərf etdikləri su və işıq borclarını nəğd şəkildə alan Ələddin Məmmədhəsənov yığdığı vəsaitləri dövlət büdcəsinə köçürtməyərək, "Rahat”MTK-nın təsisçisi Rasim Həsənovun və özünün müxtəlif problemlərinə xərcləyib.

Bildirilir ki, hazırda "Rahat” MTK-nın binasının 28.09.2022- ci il tarixinə kimi suya olan borcu 88878.86 (səksən səkkiz min yeddi yüz səksən altı) min, elektrik borcu isə 45070.86 (qırx beş min yetmiş) manat təşkil edir.

Sakinlər hazırda onların MTK-ya suya və elektrikə görə ümumilikdə 3 min manata yaxın borclarının olduğunu bildirirlər. Bu isə o anlama gəlir ki, "Rahat” MTK-nın kooperativ sədri Ələddin Məmmədhəsənovun dövlətə 133,949 (yüz otuz üç min doqquz yüz qırx doqquz) borcu var. Bu borc "Rahat” MTK-nın binasında yaşayan sakinlərin hər ay Ələddin Məmmədhəsənova dövlətə ödəmək üçün verdikləri vəsaitdir.

Bina sakinlərinin narahat edən amillərdən bir ondan ibarətdir ki, Ələddin Məmmədhəsənovun başına hansısa bir qəza, iş gəlsə o zaman "Azərişıq” və "Azərsu” borca görə onların elektrik və sularını kəsəcək. Çünki bütün borc vəsaiti "Rahat” MTK-nın kooperativinin ayağındadır. Adı çəkilən kooperativin sədri isə Ələddin Məmmədhəsənovdur.

Elə maraq doğuran məslələrdən biri də odur ki, "Azərişıq” və "Azərsu” 150 minə yaxın borcu olan bu binanın su və işığını niyə kəsmir? Ələddin Məmmədhəsənov bu şirkətlərdə hansı əlaqələrə sahibdir ki, bu qurumlar bu qədər borca qarşı səssiz qalırlar?

Sakinlər borcla bağlı yaranan problemin səbəbini həm də "Rahat” MTK-nın təsiçilərindən biri olan Rasim Həsənovla əlaqələndirilər. Çünki Ələddin Məmmədhəsənovun yığılan vəsaitlərin bir hissəsini Rasim Həsənova verdiyini sakinlərə özü deyib.



Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər