Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?




Son dövrlər paytaxtın mənzil bazarında bahalaşma müşahidə olunur. Hər zaman olduğu kimi, metroya yaxın ərazidə yerləşən mənzillər daha yüksək qiymətə satılır. Maraqlısı isə, mərkəzdən bir qədər kənarda olan evlərin qiymətinin kəskin bahalaşmasıdır. Məsələn, Yeni Günəşlidə 3 ay öncə 80 minə satışa qoyulan mənzil bu günlərdə 120 min manata təklif edilir. Şəhərdaxili və ətraf ərazilərdə satılan evlərin qiymətləri arasında fərq çox deyil.

Mənzillərin kəskin bahalaşması Dövlət Statistika Komitəsinin hesabatında da öz əksini tapıb.

Məlumata görə, 2024-cü ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-ci ilin son rübünə nisbətən, 8,1% yüksəlib. Cari ilin I rübündə ilkin mənzil bazarında qiymətlər, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5%, təkrar mənzil bazarında qiymətlər isə 8,1% artıb.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Publika.az-a bildirib ki, daşınmaz əmlak bazarında qiymət dəyişimi daha çox inzibati təsirlərdən qaynaqlanır:

"Mənzil bazarında süni qiymət artımları var. İl yarım bundan əvvəl tələb yüksək idi. Bundan başqa, Rusiya və Ukraynadan axın var idi. Həmin dövrdə buna görə qiymət artırdı. İndi isə bu hallar mövcud deyil. Hökumətin qəbul etdiyi bəzi qərarlar mənzil bazarına təsir göstərir. Mərkəzdən kənar ərazilərdə qiymətlər demək olar ki, şəhərdaxili qiymətlərə yaxınlaşır. "Koroğlu”, "Qara Qarayev” və "Həzi Aslanov” metrostansiyalarına yaxın ərazidə yerləşən mənzillərin bir kvadratmetri 2 000 manat civarındadır”.

Ekspert qeyd edib ki, süni qiymət dəyişikliyinin təsirləri hər keçən gün artır.

"Təəssüf ki, bunu nəzarətdə saxlamaq mümkün deyil. Tikinti şirkətlərinin qiymət siyasəti ilə qəbul etdiyi qərarlarda özünəməxsus yanaşmaları mövcuddur. Nə qədər ki, Azərbaycanda tikinti şirkətləri dövriyyə vəsaitləri ilə deyil, kənar maliyyə resursları hesabına fəaliyyət göstərəcək, bu prosesi nəzarətdə saxlamaq mümkün olmayacaq”, - R. Osmanlı əlavə edib.

Beynəlxalq Bankın "Bakı şəhəri üzrə daşımaz əmlak bazarının təhlili” üzrə hesabatında Bakıda mənzillərin qiymətinin son 2 ildə artdığı qeyd olunub. Bu barədə fed.az saytı məlumat paylaşıb. Hesabata əsasən, ilkin mənzil bazarında qiymət artımının səbəbi şəhər ərazisində boş torpaq sahəsinin azalması və ipoteka maliyyələşməsinin davam etməsi ilə bağlıdır. Sənəddə qeyd edilir ki, son illərdə təkrar mənzil bazarına nisbətən ilkin mənzil bazarında müşahidə edilən daha sürətli qiymət artımının daha bir səbəbi - tikintinin maya dəyərinin artmasıdır.

Araşdırma göstərir ki, ilkin mənzil bazarında ən yüksək qiymətlər Səbail rayonu, ən aşağı qiymətlər isə Qaradağ rayonunda qeydə alınıb. 2023-cü il üzrə müvafiq olaraq Səbail rayonu üzrə qiymət 1 m(2) üçün 2 000 manatın üzərində, Qaradağ rayonunda isə 1 m(2) üçün 1000 manatdan aşağıdır. 2022-ci il ilə müqayisədə paytaxtda ən çox bahalaşma Xətai 32%, ən az isə Qaradağ rayonun- da 3% müşahidə edilib.

Belə ki, Xətai rayonu üzrə 2022-ci ildə 1m(2) üçün 1 500 manat tələb olunurdusa, 2023-cü ildə bu qiymət 2 000 manat civarında olub. Qaradağ rayonunda isə qiymət 1 m(2) üçün hər iki il üzrə təqribi 600-800 manat civarlarında olub. Təkrar mənzil bazarında da 2023-cü il üzrə ən yüksək qiymətlər Səbail rayonu, ən aşağı qiymətlər isə Qaradağ rayonunda qeydə alınıb. Səbail rayonunda 1 m(2) üçün təqribi 2 700 manat, Qaradağ rayonunda isə 1 m(2) üçün 1 000 manat tələb olunur.

Təkrar mənzil bazarında 2022-ci il ilə müqayisədə ən çox bahalaşma Xətai və Nizami rayonlarında 23%, ucuzlaşma isə Nəsimi rayonunda 3% müşahidə olunub. Xətai rayonunda 2022-ci ildə 1 m(2) üçün təqribi 1 500 manat gərək idisə, 2023-cü ildə bu qiymət 1 750 manata qədər yüksəlib, Nizami rayonunda isə qiymət 1 m(2) üçün 1 500 manatdan 2 000 manata qalxıb.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər