Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar




Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda (https://publika.az/news/nida_tehlil/508077.html) qeyd etdiyimiz ən əsas təsbitlər belə idi:

- Hakimiyyətin, siyasi irsin davam etməsi, hətta güclü parlament müxalifəti kimi mövcud olmaq, eləcə də bələdiyyələrdəki heç olmasa indiki nisbəti qorumaq üçün AKP kütləyə yeni cəlbedici fiqurlar təqdim etməlidir;

- Seçicilərin AKP-dən tədricən uzaqlaşmasında eyni simalardan göz yorğunluğu amili var;

- Siyasi sistem iki partiyalı şəkildə deyil (AKP və CHP), 2+2 formatı ilə təmərküzləşə bilər;

- Bu zaman mərkəz sağın (menderesçi-Mili görüşçü xətt) birləşdirici çətiri olan partiya rolunu AKP-dən yenidən (Yeni) Rifaha doğru itirə bilər;

- CHP səslərinin mühüm hissəsi sol mərkəzin deyil, AKP-dən incik sağ mərkəzin səsləridir və s.

İndi həm AKP, həm də CHP seçkinin ölkənin siyasi həyatını necə dizayn edəcəyini proqnozlaşdırmağa, buraxılan səhvlərdən dərs çıxarmağa və ya əldə edilən uğuru inkişaf etdirmək planları qurmağa çalışır. Bir çox ekspertə görə, yerli seçkinin nəticələri hansısa formada ümumi – parlament və prezident seçkilərində də qəfil dəyişiklik və sürprizlərin olacağının xəbərçisidir.

Fikrimizcə, Azərbaycan ictimai rəyi seçkinin yekunları ilə bağlı birbaşa AKP-yə bağlı iki media orqanında getmiş təhlil və müsahibəyə xüsusi diqqət yetirməlidir. "Yeni Şafak” qəzeti ilk növbədə "AKP-nin uduzduğu seçkinin məsuliyyəti kimdədir” sualına cavab axtarır. Partiyada radikal addımlara çağırır və hesab edir ki, səhvlər üzə çıxarılmadan ümumi seçkilərdə də fiasko qaçılmaz ola bilər: "AK Partiya özünü tənqid edəcək. Xəyanət varsa, hesaba çəkiləcək... Günahkarların kəlləsi alınmasa, AKP-nin sonu ANAP kimi olacaq”.

Xatırladaq ki, Turqut Özalın qurucusu və lideri olduğu ANAP 80-ci illərin sonları 90-cı illərin əvvəllərində sürətlə elektoral itkiyə məruz qalmış, onun sağ mərkəzdəki mövqeyini yenidən Doğru Yol, Rifah və MHP öz aralarında bölüşdürmüşdü.

Bu günlər yalnız AKP-yə yaxın KİV və ekspertlər deyil, CHP-yə yaxın olanlar da 80-90-cı illərə ekskurs edir, Bülənd Ecevit və Erdal İnönü zamanında qazanılmış elektoral uğurların sonradan itirilməsi səbəblərinin öyrənilərək ibrət alınmasını, əks təqdirdə yenidən uğurun qısa müddət sonra itirilə bilinəcəyini qeyd edirlər. Məsələn, Erol Mütercimler adlı ekspert (yeri gəlmişkən, Azərbaycan əsillidir - C.Q) təsbitlərində daha sərtdir. O, hesab edir ki, AKP ümumən sabit ideoloji partiya deyil, ANAP kimi konyuktural təşkilatdır. Konyuktural təşkilatların isə 20 ildən çox ömrü ola bilməz, demək, AKP-nin siyasi səhnədən gedişi qaçılmazdır. Belə baxış AKP-ni bir zamanlar Bab-Ali-Jontürk, Mustafa Kemal-Sərbəst Firqə, İnönü-Menderes, Ecevit- Erbakan qütbləşmələrində əks tərəfin ideoloji varisi kimi təqdim edilməsinə tam ziddir.

Reallıqda isə menderesçi–mili görüşçü xətt vaxtilə bürokratik aparat tərəfindən daha sərt tənzimləmələrə məruz qaldığından uzun müddət dayanıqlığını hifz edə bilən bir təşkilat şəklində ortaya çıxa bilməyib. Hələ ki AKP-ni bu xəttin ən uzunömürlüsü hesab etmək olar. Lakin o zəifləyəcəyi halda da sağ mərkəz sıradan çıxmır, hətta son seçkilərdə belə CHP-yə gedən konyuktural səslərlə birgə 50 faizin fövqündə nəticələri var. Demək, hər hansı adla olur-olsun, əsas siyasi qüvvə kimi də mövcud olacaq.

Postərdoğan dövrü hazırlıqları CHP sədri Özgür Özəlin "Sabah” qəzetinə müsahibəsində də əsas mövzudur. Müsahibə Türkiyədə şok effekti yaradıb, çünki "Sabah” qəzeti hazırda AKP-yə yaxındır, bəzi ekspertlər isə iddia edirlər ki, qəzetin manşetləri belə AKP kuluarlarında hazırlanır. Qəzetin manşeti məhz CHP sədrinin müsahibəsinin başlığı olub - "Makama saygı” (posta-ali dövlət postuna hörmət).

AKP-yə yaxın qəzetdə dərc olunmuş müsahibədə CHP sədri bildirir ki, Ərdoğana zəng edəcək, birlikdə dialoq yolları axtaracaqlar. O, tənqidə davam edəcəklərini, amma ali posta hörmət edəcəklərini deyib. Müsahibənin dərci, səslənən fikirlər bəzi ekspertlər tərəfindən müxalif partiya sədrinin deyil, Ərdoğanın öz tərəfdarlarına mesajları kimi şərh edilir - Ərdoğan fərd olaraq CHP ilə də uzlaşa bilər, odur ki, indi sağ mərkəz toparlanmalı, səhvlərdən nəticə çıxarmalı, 2028-ci ilə daha ciddi hazırlaşmalıdır. Əks halda Özəl-Ərdoğan təmaslarının başlanması hakimiyyətin tədricən, seçki yolu ilə müxalifətə ötürülmə prosesinin başlanğıcı ola bilər.

İkinci mühüm nüans odur ki, Özəl özü 2028-də namizəd olmayacağını, ya Əkrəm İmamoğlunun, ya Mansur Yavaşın namizəd ola biləcəyini deyir. O, indi öz rolunu favorit oyunçuları olan komandanın texniki direktoru kimi gördüyünü bildirir. Bu da onun partiya üçün əhəmiyyətini artırır. Komanda (CHP) daxili ziddiyyətləri yoluna qoymaq, keçmiş sədrlərlə partiyanın rabitəsini bərpa etmək, nəhayət, hakimiyyətə gəlişin rahat baş tutması üçün iqtidarla daim uzlaşmanı təmin etmək kimi çətin bir missiyanın altına girir.

İntəhası, dövlətin ali postu (demək, həm də AKP rəhbərliyi) ilə təmasların başlaması CHP daxilində də ziddiyyətlərə yol aça bilər. Özəl bu gün üçün rədd etsə belə, 2028-ci ildə onun da prezidentliyə namizədliyinin müzakirəsi labüd olacaq. Zira, CHP-nin indiki favorit üçlüyünün (Mansur Yavaş-Əkrəm İmamoğlu-Özgür Özel) əsas təbliğati tezislərindən biri bürokratiyanın, dövlət idarəçilyinin gəncləşməsidir. 2028-ci il seçkilərində isə üçlükdən ən gənci məhz Özel olacaq.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər