Qərb Rusiyaya görə Türkiyəyə "hücum" etdi: Ankara bu addımı atarsa...




Türkiyə və Rusiya "Mir” ödəniş sisteminin tətbiq olunacağı Şimali Kipr və Abxaziyada (qondarma respublika - red.) maliyyə təşkilatları yaratmaqla bank köçürmələri ilə bağlı problemləri həll edə bilər.

Publika.az xəbər verir ki, bunu türkiyəli analitik Engin Özer bildirib.

Rusiyanın Türkiyədəki səfiri Aleksey Erxov daha əvvəl qeyd edib ki, amerikalılar Rusiya ilə işləyən türk bizneslərini hədəf alıb və bu şirkətlərə təzyiqlər dövlətlərarası ünsiyyət normalarına ziddir. O qeyd edib ki, Rusiyadan Türkiyəyə ödəniş köçürmələri ilə bağlı problem qalmaqdadır.

Bank sektorundakı mənbə "RİA Novosti"-yə bildirib ki, ABŞ Türkiyənin özəl banklarına təhdid tonuna çataraq ödəniş köçürmələrini diqqətlə yoxlamaq zərurəti ilə bağlı xəbərdarlıq edir.

"Əslində Türkiyə ilə Rusiya arasında ödəniş probleminin həlli üçün başqa variant da var. Şimali Kipr Türk Respublikası və Abxaziya Respublikası (qondarma respublika - red.) "qismən" tanınırlar. Onların heç birinin BMT-də təmsilçiliyi yoxdur. Qərb dünyası isə bu ölkələrə embarqo qoyur. Ödənişlər Rusiya tərəfinin Abxaziyada yaratdığı "yerli” bankda və ya Şimali Kiprdə istənilən bankda "Mir” ödəniş sistemi vasitəsilə həyata keçirilə bilər”, - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, illərdir ağır iqtisadi sanksiyalar altında olan iki ölkə bank embarqoları ilə üzləşmir.

"Türkiyədən köçürmələr Şimali Kiprdəki banka, Rusiyadan isə Abxaziyadakı banklara həyata keçirilir. "Mir" sistemi istifadə olunacağı üçün ona kənardan nəzarət etmək çətindir. Sanksiyaların tətbiqi zamanı iş adamları və şirkətlər təhlükə ilə üzləşmirlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb Rusiyaya sanksiyalar tətbiq edir. Moskva bəyan edir ki, Rusiya Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiyaların öhdəsindən gələcək. Qərb ölkələrinin özündə də dəfələrlə sanksiyaların səmərəsiz olması ilə bağlı fikirlər səslənib. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər