Ukrayna İrana qarşı HƏRƏKƏTƏ KEÇDİ: "Cəzasız qalmayacaq..."


Ukrayna Nazirlər Kabineti İrana qarşı sektoral sanksiyaların tətbiqi ilə bağlı təkliflərini Milli Təhlükəsizlik və Müdafiə Şurasına göndərib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti məlumat yayıb.

Hökumətin fikrincə, Rusiyaya silah tədarükü ilə birbaşa məşğul olan şəxslər və şirkətlərə ilkin məhdudiyyətlər İran tərəfindən ciddi xəbərdarlıq kimi qəbul edilməyib. Bununla bağlı Nazirlər Kabineti sanksiyaların gücləndirilməsi barədə qərar qəbul edib.

"Biz İrana qarşı sektoral sanksiyalara başlayırıq. Ukraynanın və tərəfdaşlarımızın Rusiyaya silah tədarükündə birbaşa iştirak edən şəxslərə və şirkətlərə tətbiq etdiyi əvvəlki məhdudiyyətlər, təəssüf ki, ciddi xəbərdarlıq kimi qəbul edilmədi. Arqumentlərimizi gücləndirəcəyik. Biz həm də çalışacağıq ki, mümkün qədər dünyanın bir çox ölkəsi belə sərt qərarlara qoşulsun. Ukraynaya qarşı təcavüz cəzasız qalmayacaq. Eyni şəkildə, təcavüzkara kömək də cəzasız qalmayacaq”, - deyə iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.

Nazirlər Kabinetinin təkliflərinə əsasən, sanksiyalar 50 il müddətinə tətbiq ediləcək. Bura iranlıların Ukraynadan kənara kapitalının çıxarılmasının qarşısının alınması, texnologiyaların, əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların İran rezidentlərinə ötürülməsinə qadağa, İrana və ölkə sakinlərinin xeyrinə investisiyaların qadağan edilməsi, İran rezidentləri tərəfindən verilmiş elektron ödəniş alətləri (o cümlədən köçürmələr, hesablaşmalar və nağd pul çıxarılması) üzrə xidmətlərin dayandırılması, pul köçürmələri ilə məşğul olan beynəlxalq ödəniş sisteminin Ukrayna Milli Bankı tərəfindən qeydiyyata alınmasının qadağan edilməsi, İran rezidentlərinin beynəlxalq ödəniş sistemlərində qeydiyyata alınmasının qadağan edilməsi daxildir

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər