Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

 

Turantv.az xəbər verir ki,Masallı rayon Ərkivan qəsəbə sakini Seyidsuğra Əsgərova Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

O, övladının qanunsuz həbs edildiyini bildirir. Müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlığın inkişafına dəstək verib. O, əlavə edib ki, bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir.

Bəli, bu gün hətta sahibkarların pullarını əllərindən almaq üçün onları şərləyib həbs edirlər.

Belə sahibkarlardan biri də mənim hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, AR CM-in 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilmiə övladım Ceyhun Əskərovdur. O, illərdir çöldə-bayırda əzab-əziyyətlə işləyib özünə şərait yaradıb. Xaçmazda qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Övladım biznes sahəsində bacarıqlı olduğundan Xaçmaz rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov Dövlət Yol Polisi Bölməsinin rəisi Elnur Quliyev vasitəsilə övladımla şərik olmaq barədə təklif verib.

Övladım götür-qoy etdikdən sonra başqa çıxış yolu olmadığı üçün rəislə şərik olmağa razılıq verib. Xeyli müddət işlər yaxşı olub. Onlar birlikdə külli miqdarda pul qazanıblar. Sonra rəis mənim övladımın biznesini və pulunu əlindən almaq üçün min bir oyun qurub. Sonda Həmid Həsənov başqa-başqa şəxslərin vasitəsi ilə övladımı şərləyərək, onu həbs etdirib. Biz bu barədə bütün aidiyyəti dövlət orqanlarına dəfələrlə müraciət etmişik. Ancaq işin başında rəis Həmid Həsənov şəxsən dayandığı üçün obyektiv araşdırılma aparılmır.

Hələ üstəlik ictimaiyyətə yalan məlumat verərək, iz azdırmağa çalışıblar. Guya övladım bir neçə nəfərin küllü miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib. Halbuki bir neçə şəxsdən hansısa şərtlər altında övladımın əleyhinə ifadə alıblar. İstintaqda həmin şəxslərin ifadələrindən başqa heç bir mötəbər sübutlar yoxdur. Bizim əlimizdə isə övladımın təqsirsiz olduğu barədə kifayət qədər sübutlar var. Təəssüf ki, ibtidai istintaq qərəzli və qeyri-obyektiv aparıldığından bizim iş üzrə əhəmiyyət kəsb edən sübutlarımıza düzgün hüquqi qiymət verilmir. Pula görə bir insanın həyatını bu və digər şəkildə məhv etmək olarmı? Düşündükcə dəhşətə gəlirəm. Heçmi qorxunuz yoxdur?! Səmimi bir söz deyəcəm. Bir rayonun polis rəisinin belə hərəkəti utancvericidir. Həmid Həsənov kimilər polis adına ləkə gətirir. Görəsən haqsızlıqlara nə vaxtsa son qoyulacaq? Yoxsa ömrümüzün sonuna qədər belə davam edəcək? Vallah, biabırçılıqdır. Mən işin detalları barədə hələlik çox danışmaq istəmirəm. İnanıram ki, haqq-ədalət gec də olsa yerini tapacaq.

Mən bütün bunlar barədə Daxili İşlər Naziri Vilayət Eyvazovun qəbulunda olarkən ona da ətraflı məlumat vermişəm.

Mən, Prezident İlham Əliyevə ( Ilham Aliyev ) və onun xanımı, Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edirəm. Mən bir valideyn kimi çox acizəm. Kimə müraciət edəcəyimi bilmirəm. Övladım gözümün qabağında məhv edilir. Bu ədalətsizliyə son qoyulmasını istəyirəm. Əgər mən övladımın günahkar olduğunu bilsəm, inanın ki, onun üçün bir addım belə atmaram. Ancaq tam əminliklə deyirəm ki, mənim övladımın heç bir günahı yoxdur. Xaçmaz rayon Polis Şöbəsinin rəisi Həmid Həsənovun qanunsuz hərəkətlərinə son qoyulmasa belə həbslərin sayı arta bilər. (Mənbə Esmira Qafarova)

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər