İllərdir bağlı qalan quru sərhədləri bu il açılsaydı… – HƏQİQƏTƏN DƏ…

 

Baş nazir Əli Əsədov bildirib ki, 2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. "Mən buna imza atmışam. Bu, qanunauyğun olaraq baş nazir kimi səlahiyyətimdir”. Baş nazir bildirib ki, 2021-ci ildə quru sərhədləri bağlı olsa da, ÜDM-in artımı 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb. 2024-cü il üçün iqtisadi artım proqnozumuz 2,6 faizdir. Baş nazir əlavə edib: "Deputatlardan kimsə artım tempinin 1,1 faiz olduğunu dedi. Bu, elə 1,1 faizdir, 1-in altında deyil. Demirəm ki, bu, idealdır. Mən olanı deyirəm”.

Bəs ölkənin quru sərhədlərinin bağlı olmasının turizmə nəkimi təsiri var?
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev Bizimyol.info xəbər portalına açıqlamasına bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə iyulun 1-nə qədər yenə xüsusi karantin rejimi uzadıldı. Bu da o anlama gəlir ki, hələ də quru sərhədlərimiz bağlı qalacaq. Quru sərhədlərin bağlı olması bu il gözlədiyimiz turizm statistikasına təsir edəcək. 2019-cu ilin rəqəmlərinə bir az yaxınlaşma imkanımız olacaq.

Ruslan Quliyev vurğulayıb ki, sərhədlər açılsaydı təbii ki, bu rəqəmlər qat-qat artıq olardı. Ekspertin sözlərinə görə, mərhələli şəkildə Gürcüstanla quru sərhəddi açılsa, "İpək yolu” layihəsini uğurla davam etdirmək olar.

"Türkiyə-Gürcüstan-Azərbaycan müasir "İpək yolu” marşurutunda hədəf götürülmüşdü ki, 2020-ci ilə qədər 20 milyon adam ziyarət edəcək. Əfsuslar olsun ki, pandemiya buna imkan yaratmadı. Sərhədlər açılsa ən azından hər 3 ölkə üzrə 2026-cı ilə qədər bu rəqəmləri biz yaxalaya bilərik. Bu gün Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstanın bu layihədə uğurlu iştirak etməsi və gələcəkdə Özbəkistanın da müasir "İpək yolu” lahiyəsinə qatılması, Azərbaycanın da bir transfer ölkə kimi daha çox pay alma imkanlarını saxlayacaq”-deyən Ruslan Quliyev hesab edir ki, indiki vəziyyətdə əsasən Hindistan, Pakistan, körfəz ölkələrindən, Türkiyədən və MDB ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunur.

Ruslan Quliyevin fikrincə, İsrail reysinin də bərpa olunmasından sonra mütəmadi olaraq, bu ölkədən gələn turistlərin sayında da dəyişiklik özünü göstərəcək. Ekspert əlavə edib ki, quru yolunun bağlı olması turizmə mənfi təsirini göstərməyə davam edir.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər