Azərbaycanın quru sərhədləri bağlıdır: Bəs ermənilər niyə buraxılırlar? - İZAH
Şərti Azərbaycan-Ermənistan dövlət sərhədində bir həftə əvvəl "Laçın” sərhəd-keçid məntəqəsi quraşdırılıb. Dünəndən bu məntəqə protokol qaydaları üzrə tam formada fəaliyyəti həyata keçirir.

Azərbaycan tərəfinin yaydığı videogörüntülərdə erməniəsilli Azərbaycan vətəndaşlarının sərhəd-keçid məntəqəsini necə keçdiyi görünür - mütəşəkkil və intizamlı, qarşılıqlı nəzakət mühitində. Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Lakin bu videogörüntülər Azərbaycan cəmiyyətində suallar doğurub. Suallardan biri budur ki, əgər Azərbaycanın quru sərhədləri bağlıdırsa, ermənilərin şəxsi avtomobilləri ilə Qarabağ regionuna daxil olmaları, yaxud oranı tərk etmələri niyə istisna edilir?

Ədalətli sualdır və Caliber.Az buna daha geniş kontekstdə cavab verməyə çalışıb.

Əvvəla, indi Azərbaycan üçün ən vacib məsələ Ermənistanın fəal şəkildə təbliğ etdiyi "blokada nağılı”nı qırmaqdır. Sərhəd-keçid məntəqəsi işləyir, insanların şəxsiyyəti müəyyənləşdirilir, nəqliyyat yoxlanılır, keçid təmin edilir. Yeri gəlmişkən, bunu Azərbaycan Prezidenti İlham Əliyev də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirib. Dövlət başçısı vurğulayıb ki, "Laçın” sərhəd-keçid məntəqəsinin yaradılmasında məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, əksinə, nəzarəti təmin etməkdir və insanlar artıq bu keçid məntəqəsindən istifadə edirlər.

İkincisi, hələ sərhəd-keçid məntəqəsi işə düşməmişdən əvvəl ermənilər Rusiya sülhməramlı kontingenti (RSK) və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiəti ilə Azərbaycan ərazisinə daxil olurdular. Yəni əvvəllər də onlar üçün müəyyən "istisnalar” rejimi işləyirdi.

Üçüncüsü, RSK-nın Qarabağdakı müvəqqəti məsuliyyət zonasına gələn vətəndaşlar Azərbaycanın digər əhalisi üçün epidemioloji təhlükə yaratmırlar, çünki onlar hazırkı mərhələdə cəmiyyətimizə inteqrasiya olmayıblar.

Nəhayət, dördüncüsü, 2020-ci ilin noyabrına qədər biz Şuşa haqqında ancaq xəyal qururduq, Laçın yolunda sərhəd-keçid məntəqəsi ideyası real görünmürdü. Hər şeyin öz vaxtı var, hər şey addım-addım düzələcək. Azərbaycan Prezidenti nəyi, nə vaxt və necə edəcəyini bilir.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər