251 saylı orta məktəbin direktoru öz məktəbindən xəbəri yoxdur? – BELƏ HARA GEDİRİK?..

 

Acı da olsa reallıq olan odur ki, ölkənin təhsil sahəsindəki vəziyyət heç də ürək açan səviyyədə deyil.

Danılmaz faktdır ki, repetitorlar və hazırlıq kursları olmasa orta məktəblərdə tədris olunan proqram və müəllim heyyətinin keçdiyi həvəssiz dərslər ilə ali təhsil müəssisələrinə qəbul olmaların göstəriciləri biyabırçı səviyyədə olardı. Bunda isə cənab Prezident İlham Əliyevin ölkənin təhsil siyasətini həvalə edərək etibar etdiyi Elm və təhsil naziri Emin Əmrullayev maraqlı olmalıdır.

251 saylı orta məktəbində müəllim şagirdi döydürdü Orta məktəb təhsil ilə yanaşı uşaqlara eyni zamanda təlim və tərbiyyə ocağı da olmalıdır. Bir çox məktəblərdə müəllimlərin və şagirdlərin geyim uniforması, dres kodu demək olar ki, yoxdur. Belə desək kim nəyi necə istəyir elə də geyinərək məktəbə gəlir. Təbii ki, bu bütün təhsil ocaqlarına şamil edilmir. Kifayyət qədər nizam intizamlı və təlim-tərbiyyəyə diqqət yetirən təhsil ocaqlarımız da var.

Lakin, Bakının Nizami rayonunun 251 saylı məktəbində baş verən olay ölkə təhsilinə bir ləkədir.

NOCOMMENT.az-a daxil olan məlumatda bildirilir ki, cari il martın 11-də məktəbin 10 D sinifində baş verənlər sanki xarici filmdə baş vermiş dəhşətli və üzücü bir olaydır.

Belə ki, sinifdə təhsil alan məktəbli qıza "Maqa” ləqəbli sinif yoldaşı söz ataraq sataşıb. Qız isə öz növbəsində kənardan məktəbə özünün oğlan dostunu dəvət edərək məsələyə aydınlıq gətirilməsini istəyib. "Razborkaya” gələn qızın oğlan dostu sinifin oğlanları ilə görüşüb danışırlar. Bu zaman qızın yanında oturan Murtuzov Saleh (ad və soyad şərtidir) sadəcə söhbətin qulaq şahidi olduğuna görə prossesə cəlb edilir.

Daha sonra qızın 4 nəfər sinif yoldaşı söhbətə heç bir aidiyyatı olmayan Saleh Murtuzovu məktəbin ayaq yolusuna apararaq təhqir ediblər, hədə qorxu gəlməyə başlayıblar. Onlar Salehə telefon verərək tələb ediblər ki, vatsapda qızın oğlan tanışına bildirsin ki, Maqa qıza söz atmayıb.251 saylı orta məktəbində müəllim şagirdi döydürdü

Bunun ardınca S.Murtuzovun sinifin 2 nəfər Rəfi və Şamxal adlı "qoçusu” sinif rəhbərləri olan Şəhla Surxayevnanın yanına gətiriblər. Sinif rəhbərinin yanında uşaqlardan biri əlini Salehin çiyninə qoyaraq "Müəllimə nə deyirsiniz, cəzalandıraq, döyək bunu?” deyiblər. Müəllimə isə bəli, döyün deyib.
Məktəb qoçularına yaşıl işıq yandıran Şəhla Surxayevna ocağa su əvəzinə sanki benzin töküb. "Razborka”nın kulminasiyası da bundan sonra baş verib.

Sinifdə qıza söz atıb sonra qızın məktəbə gətirdiyi oğlandan qorxaraq sözlərini geri götürüb, özlərinə yalançı şahid axtaran qoçular sinif rəhbərləri Şəhla "müəllimə”nin "dobro”sundan sonra Salehi yenidən məktəbin ayaq yolusuna apararaq döyüblər.

Səməd Mütəllimov 251 saylı məktəb
Üzərində xəsarət izləri və paltarı cırılmış vəziyyətdə olan Saleh sinifə, həmin 2 nəfər isə sinif rəhbərlərinin yanına gedərək tapşırığın icra olunduğunu bildiriblər.

251 saylı orta məktəbində müəllim şagirdi döydürdü
Elçin Abdullayev

Sinif rəhbəri məsələnin necə qəlizləşdiyini gördükdən sonra həmin uşaqlar ilə sözləşərək belə bir sözün demədiyini bildirib.

Ən pisi isə odur ki, bütün bunlar paytaxtın Nizami rayonunda yerləşən bir məktəbində baş verir və məktəb direktoru Elçin Abdullayev bütün bunları görməzdən gəlir və məsələyə çox səthi yanaşır.

Məktəbin Təlim-tərbiyyə işləri üzrə 2 direktor müavini olsa da, məktəbdə kriminala meyilli gənclər yetişir və digər şagirdlərin də, təhsil almasına mane olurlar.

Görəsən 10-cu sinifdə oxuyan bu zavallı uşağın yaşadıqları, stressin acı xatirələri nə qədər çəkəcək və hansı izlər buraxacaq? İndən sonra daha 2 il necə bir sinifdə oxuyacaqlar?

251 saylı orta məktəbində müəllim şagirdi döydürdü
Leyla Sadıqova

Görəsən Təlim-tərbiyyə işləri üzrə direktor müavinləri hörmətli Ülviyyə Nuriyeva və Leyla Sadıqova harda idi ki, məktəbə kənardan oğlanlar gələrək məsələ aydınlaşdırır və sinifdə özlərini avtoritet sayan gənclər yetişir.

Məktəbin təlim tərbiyyə işi axı heç də təhsildən aşağıda deyil və az əhəmiyyət daşımır.

Bu gün kriminala meyilli bu şagirdlər sabahın gənci və hər hansı bir sahənin mütəəxəssisləridir. Nizam intizamsız, kobud desək tərbiyyəsiz hər hansı bir mütəxəssisdən isə özündən başqa heç kəs faydalanmayacaq. Axı məktəbin məhz təlim-tərbiyyə işləri bu iki xanıma tapşırılıb.

251 saylı orta məktəbində müəllim şagirdi döydürdü
Ülviyyə Nuriyeva

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. Məktəbdə ümumilikdə 1700-dən artıq şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olur. Daha doğrusu olmalıdır.

Ümid edirik ki, aidiyyatı üzrə hüquq mühafizə orqanları, Elm və Təhsil Nazirliyi bu məsələni diqqətdə saxlayacaq və məsələni araşdırıb hüquqi qiymət verəcək.

251 saylı orta məktəbində müəllim şagirdi döydürdü

Elm və Təhsil Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər