Valeh Hacıyev QHT sədrini DÖYDÜRÜB? – İTTİHAM VAR..

 

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb. Bu barədə adıçəkilən təşkilatın üzvü Sima Babayeva deyib.

Onun sözlərinə görə, qəfil hücuma məruz qalan QHT rəhbərinə ağır xəsarət yetiriblər. "O, hazırda İstanbulda müalicə alır. Samir Adıgözəlli məmurlardan birinin şərab biznesi haqqında danışırdı".

Baş vermiş hadisə ilə bağlı cumhuriyyet.az-a danışan Samir Adıgözəlli ona qarşı hücumun Diasporla iş Üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev tərəfindən təşkil olunacağını bildirib.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda Diasporla iş Üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev Kiprdə şirkət qurması və Kiprdə qurduğu işə oğlu Orxan Hacıyevin rəhbərlik etməsi haqda iddialara rastlandıq. Belə ki, atanın dəstəyindən yararlanan oğulun rəhbərlik etdiyi "Qarabağlı” şirkəti alkoqollu içkilərin satışını həyata keçirir. Mənbənin bildirdiyinə görə, V.Hacıyev təmsil olunduğu vəzifənin yaratdığı üstünlükdən istifadə edərək, oğlunu Şimali Kipr prezidenti Ersin Tatarla belə görüşdürüb. Görüş zamanı prezident Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında ticarət potensialının
inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin və investisiya mühitinin
yaxşılaşdırılması istiqamətində hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının
təmin edilməsinin vacibliyini qeyd edib.

Rəsmi görüşdə iş adamlarından söhbət getsə də, bu əməkdaşlıq təklifindən nədənsə diaspor sahəsində kifayət qədər yüksək vəzifə daşıyan məmur Valeh Hacıyevin oğlu O.Hacıyev daha çox yararlanıb. Belə ki, O.Hacıyev Kiprdə tək alkoqollu içkilərin satışı ilə məşğul olmur, eyni zamanda onun Kiprdə daşınmaz əmlak və turizm biznesi də var.
Görünür V.Hacıyev özünün köhnə peşəsindən əl çəkmək niyyətində deyil. Necə deyərlər, "Naxırçı övladının könlü naxır əppəyində olar”. Belə ki, AFN.az-ın araşdırması zamanı onun əvvəllər də – 1991-2001-ci illərdə biznes fəaliyyəti ilə məşğul olduğu məlum olub. Biznesdən birbaşa İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsinə təyinat alan V.Hacıyev 1 il burada fəaliyyət göstərdikdən sonra 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində idarə rəisi vəzifəsinə gəlib. 2004-cü ilədək bu vəzifədə çalışdıqdan sonra Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2004-cü il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrin birinci müavini, 13 iyul 2017-ci il tarixli sərəncamı ilə isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

"Tərəqqi” medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, V.Hacıyevin komitə və diaspora daxilindəki fəaliyyəti də kifayət qədər narazılıq yaradır. Azərbaycan- Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun bununla bağlı fikirlərini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: "Dünyamız, çevrəmiz, həyatımız dəyişir. Hər şey dəyişsə də komitədən müavin Valeh Hacıyev dəyişmir. Ölkə başçısı xaricdə yaşayan bütün soydaşlarımıza sarılıb, onlara qayğı göstərir. Valeh Hacıyev isə əl-qol sallayır, necə deyərlər "şıllaq” atır… Ömrünü Azərbaycan diasporunun parçalanmasına, soydaşlarımız arasında birlik və bərabərliyin pozulmasına sərf edən bu adam kimə xidmət edir? Dövlətin vəsaitini hara sərf edir? Onu kimlər "mühafizə” edir?” Fuad Muradov gənc və enerjili komanda ilə yeniliklərə can atır. Bu insansa özünü "laboratoriya siçanları” üzərində araşdırmalar edən biri kimi aparır. Valeh Hacıyev bizi Kiprdə parçalaya bilmədi. Amma 10 ildə işlərimizin getməməsi üçün "yeraltı” əməliyyatlar etdi. Bilmədi ki, biz yerin altı haqqında da, üstü haqqında da məlumat sahibiyik. 10 il ərzində gördüyümüz bütün işlərə rəğmən bir dəfə olsun bu insandan Allahın salamını görmədim. 50 qəpik cibindən Azərbaycan üçün pul xərcləməyib. Türkiyədə lüks otellər və restoranlarda dövlət hesabına məclislər qurub. Dövlətə uzun illər zərər vurub. Ölkəmizin xeyrinə olan heç bir müraciətə müsbət yanaşmayıb. Biz 10 ildir bütün məsələləri öz hesabımıza həll edirik. Dövlətimizdən çox razıyıq.Hər zaman ən üst səviyyədə qayğı görmüşük.”- deyə Orxan Həsənoğlu əlavə edib.Bundan sonra hər şey fərqli olacaq, Valeh Hacıyev. Sən və sənin kimi dövlət əmlakını talayan (isbat edəcəm, darıxma), ölkə nüfuzuna zərər verən, Türkiyədə fəaliyyət göstərən dərnəklərə və şəxslərə qarşı savaş açan xarakterlər təmizlənəcək. Biz Azərbaycan üçün gecəmizi gündüzümüzə qatdıq, cənab prezidentə xidmət etdik, dövlətimizin tanıtımı və soydaşlarımızın rahatlığı üçün çalışdıq. Sən 20 ildir nə etdin? Kimə xidmət etdin?”

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər