Teyyub Hüseynovun Türkiyədə 6 milyonluq macərası:
 
 
Bir ay öncə avqustun 9-da İstanbul Baş Prokurorluğunda əslən Azərbaycanlı olan iş adamı Teyyub Hüseynovun şukayəti əsasında cinayət işi başlanılıb. Bu barədə Türkiyənin bir neçə saytı məlumat verib. yenicaggazetesi.com.tr saytında dərc olunan "Bülent Ersoy’un yakın arkadaşı Fevzi Siverek’e dolandırıcılık suçlaması” başlıqlı məqaləyə istinadən cumhuriyyet.az xəbər verir ki, məşhur türk müğənnisi Bülənt Ərsoyun yaxın dostu Fevzi Siverek Azərbaycanlı biznesmen Teyyub Hüseynovu aldadaraq dələduzluq yolu ilə onun 6 milyon dollarını ələ keçirib. T.Hüseynov Fevzi Sivereklə Türkiyəyə səfərləri zamanı tanış olub və ikinci özünü Türkiyədə bir çox mühüm dövlət adamları ilə yaxın münasibətdə, bu ölkədə bütün problemləri həll etmək gücündə olan şəxs kimi təqdim etmişdir. Münasibətlər dərinləşdikdən sonra Siverek T. Hüseynova həm restoran, həm də tikinti biznesində ortaqlıq təkilif edərək ona Türkiyədə oturum izni və vətəndaşlıq ala biləcəyinə söz verib. Tərəflər arasındakı danışıqların nəticəsi olaraq Hüseynov Siverekə əvvəlcə Qapalıçarşıda yerləşən mübadilə məntəqəsində 4 milyon, daha sonra isə Azərbaycanda 2 milyon pul verib. Bir müddət sonra isə tərəflər arasında gərginlik yaranmış və aldadıldığını başa düşən T. Siverekdən pulunu tələb etməyə başlamışdır. Siverek pulu qaytarmaq əvəzində Azərbaycan əsilli iş adamını hədələyəndə isə iş hüquq müstəvisinə keçmişdir.

Hazırda qardaş ölkədə hadisə ilə bağlı araşdırma aparılır. Prosesdə Türkiyənin hüquq-mühafizə orqanlarının nüfuzlu şəxslərinin və MİT zabitlərinin adı hallandığından qardaş ölkənin mediasının olaya diqqəti böyükdür. İstintaqaraşdırmaları haqda yeni məlumatlar olduqca cumhuriyyet.az olaraq diqqətinizə çatdıracayıq. Amma Azərbaycan ictimaiyyətinə o qədər tanış olmayan bir iş adamının birdən birə Türkiyəyə 6 milyon dollar (gümanki bu ilkin rəqəm olub) yatırım etməsi maraq doğurur. Bəs Teyyub Hüseynov kimdir? Bununla bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlara görə, 1966-cı ildə Tovuz rayonunun Əlimərdanlı kəndindən anadan olan, Rusiyda "Timur”, Azərbaycanda "Peykan” ləqəbi ilə tanınan Hüseynov Teyyub Məhəmməd oğlu daha çox dana biznesi ilə məşğul olub. O, Ukraynada "Brodi MİT EKSPORT” şirkəti yaradaraq (direktor T.Hüseynovun adamı olan Pərviz adlı şəxsdir) Azərbaycana diri mal-qara ixracetməklə məşğul olub. Google üzərindən cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda belə bir məlumata da rast gəldik ki, 2015-ci ildə T.Hüseynovun Bakıda başqa bir şirkəti fəaliyyət göstərib: "Şirkətə Teyyubun Elsevər adlı dostu rəhbərlik edirmiş. Qanunsuz əməllərinə görə, Elsevər hüquq-mühafizə orqanları tərəfindən həbs olunub və həmin vaxt Teyyubun da həbsi qaçılmaz olub, ancaq Teyyub aradan çıxa bilib. Və bu olaydan sonra Teyyub özünə çətir axtarıb.Teyyub öz əməllərini gizlətmək üçün tanınmış şəxslərin guya onunla şərik olduğunu, hətta qazancın ona az qaldığnı da deyir. Belə şəxslərdən biri də tanınmış hüquq alimi, Rusiyanın prezidenti Vladimir Putinin tələbəlik dostu hörmətli İlham Rəhimovdur”.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər