Gündəm
21.02.2024, 14:42
Ermənistan DİN Kamil Zeynallını axtarışa verməsinin səbəbini açıqladı – ÖLÜM İŞİ
Moskvada saxlanılan Kamil Zeynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.
Turantv.az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.
"Həmin şəxs qətl ittihamı ilə dövlətlərarası axtarışa verilib”, – deyə o bildirib.
Ermənistan DİN-nin məlumatında bildirilir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı erməni qocanı vəhşicəsinə öldürməkdə ittiham olunur.
Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə bu gecə Moskvada saxlanılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay