"Kənddə BARIŞ olsun!"- Kərəmli sakinləri məmur İqbal Əliyevlə Kamil Zeynalov arasındakı davanı pisləyir -FOTO

Göygöl rayonunun Kərəmli kənd sakinləri Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyevlə vətəndaş Kamil Zeynalov arasında davam edən insidentə münasibət bildiriblər. "Kanal1.Az"-ın məlumatına görə, kənddə xoşagəlməz hadisələrin olmasını istəməyən insanlar məmurla şikayətçi həmkəndliləri arasında barışın tərəfdarıdırlar.

Kənd sakinlərinin danışdıqlarından və dediklərindən aydın olur ki, tərəflər arasındakı dava-dalaşda, konfliktin meydana çıxmasında Kamil Zeynalovun da nöqsanları var. Hətta, bir çoxları İqbal Əliyevdən daha çox onun barəsində şikayətlər edən Zeynalovu ittiham edir.

Xatırladaq ki, ötən həftə saytımızda Kamil Zeynalovun məmur İqbal Əliyevin təşkilatçılığı ilə 30-a yaxın qadın tərəfindən öz evində döyülməsi barədə informasiya yayılıb. Lakin, kənd sakinləri hadisə nəticəsində Kamil Zeynalovun qadınlar tərəfindən döyülmədiyini, əksinə qarşı tərəfin zərər gördüyünü və insidentin əsasən tərəflər arasında söz davasından ibarət olduğunu qeyd edirlər.

Bundan başqa, Kamil Zeynalov bir müddətdir ki, qonşusu İqbal Əliyevin fəaliyyətini sərt tənqid edir, onu milyonçu, korrupsioner və rüşvətxor adlandıraraq ölkənin rəsmi qurumları qarşısında məsələlər qaldıraraq çoxsaylı ittihamlar səsləndirir. "ÜmidTV"-nin əməkdaşı Əkbər Sadıyev dünən kənddə olarkən mövzunu dəqiqləşdirmək üçün müraciət etdiyi bir neçə şəxs danışsa da, bir çoxu kamera qarşısında çıxış etməkdən də imtina ediblər. Kənd sakinlərindən bir çoxu Kamil Zeynalovun barəsində xoşagəlməz fikirlər bildirərək bir sıra məsələlərdə məhz onu ittiham ediblər.

Müstəqil mətbuat orqanı olaraq sözügedən şəxslər arasında yaşanan qalmaqalda tərəf olmadığımızı diqqətə çatdırır, eləcə də kənd sakinlərinin çoxsaylı müraciətlərini və təkidini nəzərə alaraq onların da səsləndirdikləri fikirləri ictimailəşdirməyi məqbul hesab edirik.

Biz də inanırıq ki, hüquq mühafizə orqanları vətəndaş Kamil Zeynalovun kənd sakini olan məmur İqbal Əliyev barədə olan şikayətlərini obyektiv şəkildə araşdıracaq. Və arzu edərdik ki, tezliklə tərəflər arasında barışa nail olunsun, 80-ə yaxın ailənin yaşadığı Kərəmli kəndində həmişə sülh və əmin-amanlıq hökm sürsün.
Redaksiyamıza kənd sakinlərinin çıxışı və mövqeyi kimi təqdim olunan videomaterialı təqdim edirik:

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər