Dünyada bir ilk: İnsanlar üçün həyati əhəmiyyətli donuz yetişdirildi, sınaqlar başlayır


İlk dəfə olaraq orqanları sonda orqanizm tərəfindən rədd edilmədən insanlara köçürülə biləcək geni dəyişdirilmiş donuz yetişdirilib.

Bu barədə Yaponiyanın Meydzi Universitetinin nəzdində fəaliyyət göstərən "PorMedTec” şirkəti məlumat yayıb.

Bildirilir ki, ksenotransplantasiya (heyvan orqanlarının insan orqanizminə köçürülməsi) məqsədi ilə geni dəyişdirilmiş donuzların yetişdirilməsi üçün müvafiq texnologiya əvvəlcə ABŞ-də yerli biotexnologiya şirkəti tərəfindən hazırlanıb. Yaponiyada isə mütəxəssislər ABŞ-dən gətirilən hüceyrələrdən istifadə edərək donuz balasını uğurla klonlaya biliblər.

"Biz donuz balasının sağ-salamat doğulmasından məmnunuq, lakin bu, yalnız başlanğıcdır. (Ksenotransplantasiyanın) Yaponiyada klinik istifadəsi ilə bağlı müzakirələrin irəliləməsini səbirsizliklə gözləyirik. Biz ilk növbədə təhlükəsizliyə diqqət yetirməklə tədqiqatlarımızı davam etdirəcəyik, həmçinin etika ilə bağlı məsələlərin müzakirəsi davam edəcək”, - deyə Meydzi Universitetinin professoru Hiroşi Naqasima vurğulayıb.

Bildirilib ki, artıq 2024-cü ildə yapon mütəxəssislər geni dəyişdirilmiş donuzdan meymunun bədəninə orqanların köçürülməsinə (bu, insan orqanizminə transplantasiya arasında aralıq mərhələdir) başlamağı gözləyirlər.

Xatırladaq ki, 2023-cü ilin payızında ABŞ-də geni dəyişdirilmiş donuzun ürəyinin son mərhələdə ürək çatışmazlığı olan şəxsin bədəninə köçürülməsi üçün dünyada ikinci əməliyyat həyata keçirilib. Əməliyyat pasiyentə daha altı həftə yaşamağa imkan versə də, sonda 58 yaşlı kişi dünyasını dəyişib.

Əməliyyatı həyata keçirən Merilend Universitetinin mütəxəssisləri etiraf ediblər ki, köçürülən ürək sonda orqanizm tərəfindən rədd edilməyə başlayıb.

İmmunitet sisteminin xarici toxumaları rədd etməsi faktı ilə uzun müddətdir ki, ksenotransplantasiyaya mane olur. Bioloqlar bu problemi həll etməyə yalnız son onilliyin əvvəlində gen mühəndisliyi sayəsində yaxınlaşıblar.

Eyni zamanda, müvafiq tədqiqatlar mübahisələrlə, ilk növbədə etik mübahisələrlə müşayiət olunur.

Son xəbərlər

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

Bütün xəbərlər