NASA Ayda nüvə reaktoru yaradacaq




NASA , Ay və Marsda elektrik enerjisi istehsal etmək üçün kiçik nüvə reaktoru qurmağı hədəfləyən Səthdə Parçalanma Gücü Layihəsinin birinci mərhələsinin tamamlandığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə Phys.org-un press-relizində məlumat verilib.

İlkin mərhələ 2022-ci ildə başlayıb. O zaman NASA beş milyon dollar dəyərində üç müqavilə imzalayıb və tərəfdaşlarına nüvə reaktorunun dizaynı, o cümlədən enerjiyə çevrilmə, istiliyin çıxarılması, enerjiyə nəzarət və paylama sistemləri, xərclər və inkişaf cədvəli üzərində düşünməyi tapşırıb. Plana görə, belə bir reaktor insanın Ayda ən azı on il uzunmüddətli olması üçün şərait yaratmalıdır.

Reaktorun çəkisi altı tondan az olmalıdır və qurğunun özü nümayiş məqsədilə 40 kilovat elektrik enerjisi, həmçinin Ay bazalarını, roverləri, ehtiyat şəbəkələri və elmi təcrübələri gücləndirmək üçün əlavə güc istehsal edə bilməlidir.

NASA, 2025-ci ildə Ayda nümayiş üçün reaktorun layihələndirilməsini nəzərdə tutan 2-ci fazaya keçmək məqsədi ilə daha çox məlumat toplamaq üçün 1-ci faza müqavilələrinin hamısını uzatmağı planlaşdırır. Reaktorun buraxılış meydançasına çatdırılması üçün hədəf tarix 2030-cu illərin əvvəlidir. Ayın özündə reaktor bir il nümayiş rejimində işləyəcək, ondan sonra isə doqquz illik istismar müddəti olacaq. Layihə uğurlu olarsa, reaktorun dizaynı Marsda istifadə üçün yenilənəcək.

NASA həmçinin "Rolls Royce North American Technologies", "Brayton Energy" və "General Electric" şirkətləri ilə "Brayton" qapalı dövrəli enerji çeviricilərini inkişaf etdirmək üçün müqavilələr bağlayıb. Mövcud dizayn çoxlu istilik sərf edir, buna görə şirkətlərə konvertorları daha səmərəli etmək tapşırılıb.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər