Ayın ölçüsü 100 metr kiçilib: Astronavtların həyatı təhlükədə


Ayın nüvəsi soyuduqca təxminən 100 metr kiçilib. Bu, yüz milyon illər çəkən mərhələli proses kimi görünsə də, büzülmə Yerin təbii peykinin Cənub Qütbünün bəzi hissələrində, o cümlədən NASA-nın ekipajlı "Artemis III” missiyası üçün təklif olunan ərazilərdə əhəmiyyətli səth deformasiyalarına səbəb olur.

Bu barədə ABŞ-nin Merilend Universitetinin tədqiqatçıları bildiriblər.

Alimlərin sözlərinə görə, Ayın kiçilməsi zəlzələ kimi seysmik aktivliklə müşayiət olunduğundan, qırılma zonalarına yaxın yerlər gələcəkdə tədqiqatçı-astronavtlar üçün təhlükə yarada bilər. Ona görə də səthdə qlobal daralma nəticəsində yeni qırılmaların potensialı nəzərə alınmalıdır.

Alimlər Ayın Cənub Qütbünün seysmik təkanlar nəticəsində yaranan sürüşmələrə xüsusilə həssas olduğunu vurğulayıblar.

Tədqiqatçıların sözlərinə görə, Yerdəki zəlzələlər kimi, Ay zəlzələləri də təbii peykin daxili hissəsindəki piltələrdən qaynaqlanır və missiyadakıların hazırladıqları strukturlara, avadanlıqlara zərər verəcək qədər güclü ola bilər.

O da vurğulanır ki, Yer kürəsində uzağı bir neçə dəqiqə davam edən zəlzələlərdən fərqli olaraq, Ay zəlzələləri saatlarla və hətta yarım gün davam edə bilər. Beləliklə onlar gələcək insan məskənlərini viran edə bilər.

Qeyd edək ki, NASA 2024-cü ilin sonunda "Artemis” missiyalarının bir hissəsi olaraq Aya 50 ildən bəri ilk ekipajlı uçuş həyata keçirməyə ümid edir. Alimlər bildiriblər ki, bu tədqiqat Ayda missiyanı gözləyən hadisələrə - istər Ayın seysmik fəaliyyətinə daha yaxşı tab gətirə bilən mühəndis strukturları cəhətdən, istərsə də tədqiqatçıları təhlükəli ərazilərdən qorumaq baxımından hazırlaşmağa kömək edir.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər