Ermənistan şokda: Paşinyanın imicindən istifadə edərək əhalidən 500 milyon oğurladılar

İnternet fırıldaqçıları Ermənistanın sadə vətəndaşlarını qarət edərək, onların yarım milyon dollarını alıblar.

Publika.az xəbər verir ki, fırıldaqçılar məşhur insanların müxtəlif kommersiya layihələrinə pul yatırmağa və səhm almağa təşviq edildiyi reklam videoları yaratmaq üçün neyron şəbəkələrdən istifadə ediblər.

Fırıldaqçıların qurbanı olan bir qadın başına gələnləri belə təsvir edib.

"Mənim etdiyim sadəcə axmaqlıq idi. Bu haqda danışmağa utanıram, çünki mən hər zaman savadlı, məlumatlı insan olduğuma əmin olmuşam. Mənim tipimdə olan insan belə ucuz aldatmanın qurbanı ola bilməz. Amma belə oldu”, - 38 yaşlı Anuş K. Tavuş bölgəsindəki orta məktəbdə sosial elmlərdən dərs deyir və əmindir ki, şagirdləri bu hadisədən xəbər tutsa, ona etibarı itirəcəklər. "Mən sosial elmlər fənninin bir hissəsi kimi media savadını da öyrədirəm. Təsəvvür edirsiniz, hər gün internetdə təhlükəsiz davranışdan danışan adamın pulunu fırıldaqçılara verməsi nə qədər gülməlidir?”, - müəllim bildirib.

Anuş Ermənistanın minlərlə digər sakini kimi "Qazprom Ermənistan” şirkəti adından yayılan internet fırıldaqlarının qurbanı olub. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, aldadılmış vətəndaşlar artıq mövcud olmayan maliyyə sisteminə yarım milyon dollar "sərmayə qoyublar”.

"Neyroşəbəkələrin köməyi ilə fırıldaqçılar tanınmış simaların - siyasətçilərin və iş adamlarının müxtəlif layihələrə sərmayə qoymağa və ya müxtəlif şirkətlərin, o cümlədən "Qazprom Ermənistan" QSC-nin səhmlərini almağa çağırdıqları reklamlar hazırlayıblar. Fırıldaqçıların qurbanları əsasən texnologiyadan xəbəri olmayan və bank rekvizitlərini verməyə razılaşan insanlardır”, - İstintaq Komitəsinin bəyanatında deyilir.

Anuş, imicindən fırıldaqçılar tərəfindən də istifadə edilən baş nazir Nikol Paşinyan tərəfindən sərmayə qoymağa "inandırılıb”. "Mən bilirdim ki, müasir informasiya texnologiyaları istənilən insanın xarici görünüşünü və səsini təkrarlamağa imkan verir. Amma fikirləşdim ki, realdan heç də fərqlənməyən bir video yaratmaq mümkün deyil. Mənim gördüyüm videoda Paşinyanın səsi, mimikaları və danışığı tamamilə real idi. Bu, mənim ən böyük səhvim idi: gördüklərimə inanmaq”, - o deyib.

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər