Xərçəngi, xoranı sağaldan dərman - Məşhur cərrah Adil Qeybulla deyir ki...

Hər gün telekanallarda və radiolarda müəyyən dərmanların və bioloji aktiv qida əlavələrinin reklamı ilə qarşılaşırıq.

Həmçinin sosial şəbəkələrdə son zamanlar bir neçə məşhur tərəfindən müəyyən gəlir qarşılığında dərman vasitələrinin reklam olunduğunu da görürük. Ümumiyyətlə bu sahənin mütəxəssisi olmadan dərman vasitələri və bioloji aktiv qida əlavələri haqqında məsləhət vermək nə dərəcədə doğrudur? Axı dərman müalicə vasitəsidir. Həkim məsləhəti olmadan həmin dərmanın xəstəyə kömək olub-olmayacağını necə bilmək olar?! Müəyyən dərmanlar olar ki, əks təsir göstərə, yaxud da istifadə zamanı allergiya törədə bilər. Kiməsə inanıb sağlamlığımızı təhlükəyə atsaq, sonra istəmədən də olsa "qaş düzəltdiyimiz yerdə vurub göz çıxardacağıq”. Artur Şopenhauerin belə bir ifadəsi var: "Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heçdir”.

Hələ bəzi dərman vasitələrinin reklamı var ki, onlar spirtli içki və siqaret reklamlarından daha təhlükəlidir. İnsanda həmin dərmana qarşı istifadə istəyi və hətta məcburiyyət yaradır. Təsəvvür edin ki, adını çəkmək istəmədiyimiz bir dərmanın telekanllarımızda reklamı bu yöndə gedir: "Xərçəng hüceyrələrini, xoranı sağaldır, mədə-bağırsaqda olan problemləri aradan qaldırır”.

Hazırda dünyanın bir çox ölkələrində bu tip reklamlar qadağan olunub. Məsələ ilə bağlı tanınmış cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla "Publika.az”-a açıqlamasında bildirib ki, bu, çox ciddi bir problemdir:
rtıq nəzərə almaq lazımdır ki, dərman vasitələri reklam oluna bilməz! Bir çox dərman preparatları çoxşaxəli təsirə malikdir və bir-birinə assosiativ təsir göstərir.



Dünyanın hər yerində farmakoloji informaterlər var. Onlar ayrı-ayrı firmalarda çalışırlar və yeni dərman növləri haqqında həkimlərə, tibb işçilərinə məlumat verirlər. Dərmanları klinik istifadəyə buraxmazdan öncə onları bir neçə mərhələdən keçirirlər. Belə ki, preparatların orqanizmə və sağlamlığa təsiri detallı tərzdə öyrənilir, daha sonra klinik istifadəyə buraxılır.

İstifadəyə buraxılmış dərman vasitələri həkimlərə təqdim olunmalıdır və xəstəyə dərmanı yalnız həkim təyin etməlidir. Ona görə də, reklamı olunan dərman artıq şübhə yaradır. İnsanlar internet üzərində və televiziya kanallarında reklam olunan dərmanları almamaqla, onları iqnor etmiş olarlar. Hesab edirəm ki, bu, çox düzgün üsul olardı”

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər