Coşqun Cəbrayılov “GECƏ XƏLVƏT” dedi və… – BU NƏDİ BELƏ?!

 

Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun 11 iyul 2020-ci ildə rayon ərazisində qanunsuz və özbaşına tikinti aparması səbəbindən vəzifədən azad olunduğu çoxlarına sirr deyil. Hurriyyet.az-ın araşdırması onu deməyə əsas verir ki, hazırkı icra başçısı Coşqun Cəbrayılov da sələfinin yolu ilə sürətlə addımlamaqdadır.

Görünən odur ki, C.Cəbrayılov xüsusilə də 2024-cü ildə daha böyük sərmayə toplamaq niyyətindədir. Axı, heç də boşuna deyilməyib ki, "ili necə başlayarsan, sonadək elə də davam edər”. Çox güman ki, Nizaminin icra başçısı da Yeni il gecəsi, yəni dünya 2024-cü ilə qədəm qoyduğu bir ərəfədə rayon ərazisində yeni qurulan obyektin xeyir-duasını verməklə, ilin sonunadək "qaz vurub, qazan doldurmaq” niyyətində olub…

Mövzunu çox da uzatmadan dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, 2013-cü ilin 31 dekabrından 2024-cü ilin 1 yanvar tarixinə keçən gecə Nizami Rayon İcra Hakimiyyəti binasının düz "qulağının dibində” – "Neftçilər” metrostansiyasının çıxışında, yəni əhalinin ən sıx hərəkətdə olduğu yerdə ticarət köşkü qoyublar. Bu köşkün sahibinin kim olduğu haqda dəqiq bir söz deyə bilmərik. Lakin həmin köşkün sözügedən ərazidə qoyulması üçün rayon rəhbərliyinə ən azı 50-70 min manat ödənildiyi haqda iddialar var. Üstəlik, ərazidə olan ticarətçilərin dediyinə görə, yeni köşkün aylıq icarə haqqı ən azı 3-4 min manat olacaq.

Coşqun Cəbrayılov

Bütün bunlara əsasən deyə bilərik ki, Coşqun Cəbrayılov 2024-cü ilə heç də pis başlamayıb. Belə ki, o, nəinki Yeni il süfrəsinin xərcini çıxarıb, üstəlik "yastıq altına qoymağa” xeyli miqdarda vəsait də əldə edib. Əlbəttə, biz bu köşkün gəlirinin tam olaraq icra başçısına çatdığını iddia etmək fikrindən uzağıq. Ola bilər ki, tapşırıq "yuxarı”dan gəlib və C.Cəbrayılov heç qara qəpik də əldə etməyib. Yaxud, o da mümkündür ki, bu məsələdə icra başçısının müavinlərinin əli var, Cəbrayılova ətraflı məlumat verilməyib. Amma bu köşkün hamı evində bayramı qeyd etdiyi, əksər məmurların isə 2024-cü ili xaricdə qarşılamağa hazırlaşdığı bir vaxtda, üstəlik də qalmaqallı, yəni göz önündə olan bir ərazidə quraşdırılması təsadüf ola bilməz. Yəqin ki, məhz qarşıdakı 7 günlük bayram tətili ərzində qanunsuzluğu ört-basdıq etmək üçün bu tarix seçilib. Üstəlik, bu riskin alınmasının köşk sahibinə heç də az vəsaitə başa gəlmədiyi də bəllidir və bu haqda artıq yazımızın əvvəlində məlumat vermişik.

Sonda onu da qeyd edək ki, ümumiyyətlə, axır vaxtlat "Neftçilər”, "Qara Qarayev”, "Xalqlar Dostluğu” metrostansiyalarının ətrafında tikilən və yaxud da quraşdırılan obyektlərin, köşklərin bir çoxu qanunsuzdur. Ən azı ona görə ki, vətəndaşların gediş-gəlişinə mane olurlar. Şübhəsiz, bu qanunsuzluqlara da göz yumulması yalnız və yalnız külli miqdarda vəsait hesabına ola bilər.

Hurriyyet.az

P.S. Növbəti günlərdə Nizami rayonu ərazisində tikilən qanunsuz obyektlərin hər birinin video-görüntülərini oxucularımıza təqdim edəcəyik. Bu zaman görəcəksiniz ki, bu qanunsuzluqlara göz yuman məmurlar qısa müddətdə necə "qaz vurub, qazan doldururlar”. Bizi izləyin.

Video oynatıcı
 
 

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər