Nizami rayon icra başçısının EKOLOJİ TERROR PLANI: Coşqun Cəbrayılov meşə zolağını MƏHV EDİR – VİDEO
Turantv.az:- Bakının Nizami rayonundakı meşə zolağında qanunsuz tikinti işlərinin aparılmasına hazırlıq görülür.
Yenicag.az xəbər verir ki, jurnalist Pərvin Abışova Nizami rayonu
Çoban Bəkirzadə küçəsindəki meşə zolağının daxilində qanunsuz tikinti
üçün hazırlıq işlərinin başladığını və təməl qazıldığını təsdiqləyən
videomaterial paylaşıb.
Materialda qeyd olunur ki, bəhs edilən ərazidə bir müddət əvvəl baş
verən yanğından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)
tərəfindən görülən "tədbir və cərimələmələr”dən vəziyyəti düzəlmək
əvəzinə, daha da pisləşib.
Jurnalist qeyd edib ki, oradakı ağacların məhvinin və hazırlıq görülən tikinti işlərinin gözdən uzaq qalması üçün rayon rəhbərliyi ərazidən keçən yolu da bağlayıb.
Həmin videomaterialı təqdim edirik:
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay