Restoranlarda 20 faizə qədər “çayevoy” OYUNU – Müştərilərdən alınan xidmət haqqı QANUNİDİRMİ?

 

Bir çox insan kafe və restoranlarda göstərilən xidmətə görə könüllü olaraq əlavə ödəniş edir. İnsanlar getdikləri restoranda bu bəxşişi verməklə həmin məkan və onun işçilərindən razılıqlarını ifadə edirlər. Adına "çayevoy” dediyimiz ödənişin birbaşa masa xidmətçisinin haqqı olduğu düşünülür.

Lakin bəzi restoranlar müştəriyə təqdim etdiyi hesabın üzərinə "servis haqqı” və ya "xidmət haqqı” adı altında ümumi məbləğin müəyyən fazini də əlavə edirlər. Təqdim olunan faizin də konkret miqdarı yoxdur, faizlər əsasən, 5 faizdən başlayaraq 20 faizə qədər davam edir.

MÖVZU İLƏ BAĞLI:

Kafe-restoranların yeni FIRILDAĞI – "Xidmət haqqı” kimin cibinə gedir? 

Restorana dincəlmək üçün gedən şəxslər də buna hazırlıqlı olmurlar.

Çünki cibindəki xərcləyəcəyi məbləğlə təqdim olunan məbləğ üst-üstə düşmür. Bəzi restoranların menyusunda servis haqqı ilə bağlı heç bir məlumat qeyd olunmur. Müştəri sonda restoranın ona etdiyi "sürpriz”lə üz-üzə qalır.

Məlum məsələ dəfələrlə müzakirə olunsa da heç bir nəticə yoxdur, insanların könüllü olaraq verdiyi xidmət haqqı konkret məbləğ göstərilməklə məcburi şəkildə onlardan tələb olunur.

Bəs xidmətə görə əlavə ödənişin tələbi qanunidirmi? Təqdim olunan faizlər nəyə əsasən hesablanır?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşən iqtisadçı ekspert Xalid Kərimli bunun qanunla tənzimlənmədiyini deyib:

"”Sahibkarlıq fəaliyyəti haqqında” qanunda servis haqqı və yaxud onun stabil haqq kimi müəyyənləşməsi ilə bağlı heç nə yoxdur. Razılaşaq ki, bir sahibkar məhsula istədiyi qiyməti qoya bilər. Deyə bilmərik ki, salat 7 manat olmalıdır. O istəsə, salatın qiymətini 70 manat müəyyənləşdirər. Yəni sahibkar azaddır. Xoşumuza gəlmirsə, getmirik. Xüsusən də restoranlarda, iaşə obyektlərində hər hansı məcburiyyət yoxdur, qiymət tənzimlənməsindən söhbət gedə bilməz. Sata bilirsə, istədiyi qiymətə sata bilər. Nümunə üçün deyək ki, çanta var 25 manat, çanta var 25 min manat… Bunun hansının səhv olduğunu heç kim demir. Eyni qayda iaşə sektorunda da keçərlidir”.

Müsahibimiz sözügedən məsələdə qanunsuzluğun nədən ibarət olduğuna belə aydınlıq gətirib:

"Restoran bu barədə müştərini öncədən məlumatlandırmalıdır. Bizə menyu verilir, qiymətə baxıb, sifariş edirik. Amma hesab ödədikdə bizdən əlavə pul istəyirlər. Burada yanlışlıq var. Restoran və ya kafe müştəriyə əvvəlcədən göstərməlidir ki, onun qiymətlərinə əlavə olaraq filan qədər xidmət haqqı gələcək. Biz prosesə başlamamışdan, sifariş  vermədən öncə məlumatlı olmalıyıq. Məsələ bundan ibarətdir.

Yoxsa, 1-5 və ya 20 faiz qoymağının önəmi yoxdur. Bizə faiz əlavə edildiyi halda qabaqcadan xəbər verilməlidir və təqdim edilən menyuda kifayət qədər aydın şəkildə, yeməklərin adları ilə eyni ölçüdə, anlaşıqlı formada əlavə xidmət haqqının olacağı qeyd olunmalıdır.

Yəni, sifariş vermədən öncə şərtlərin nə olduğunu bilməliyik. Şərtlər elan olunandan sonra sifariş veririksə, artıq burada qanunsuz heç nə yoxdur. 

Əgər bizə məlumat verməyib, sonda bizi fakt qarşısında qoyurlarsa, sahibkar hüquqlarımızı pozur və biz bunu verməyə bilərik. Mübahisə də yarananda istehlakçıların hüquqlarının qorunması ilə məşğul olan quruma və yaxud məhkəməyə müraciət edə bilərik. Burada incə xətt məlumatın olub olmamasıdır”.

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər